Mobil versiya
Elnarə Tofiqqizını öldürən həkimlərin işindən yeni xəbər var
Tarix: 23-02-2016 | Saat: 15:22
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər

Elnarə Tofiqqizını öldürən həkimlərin işindən yeni xəbər var
Jurnalist Anar Niftəliyev 2013-cü il sentyabrın 20-də Bakıdakı "Medi Sina" Tibb Mərkəzində cərrahiyyə əməliyyatı zamanı həyat yoldaşı Elnarə Tofiqqızının ölümünə səbəb olan həkimlərin işi üzrə məhkəmə prosesinin hazırkı mərhələsi barədə açıqlama verib.

A.Niftəliyev Modern.az saytına həkimlərə qarşı maddi və mənəvi təzminat davasının birinci mərhələsinin yekunlaşdığını bildirib:

“Bütün instansiyalardan sonra Ali Məhkəmə Apelyasiya Məhkəməsinin hakimi, hörmətli İkram Şirinovun çıxardığı qərarın ədalətli olduğunu təsdiqləməklə bərabər, təzminat hissəsini də artırdı. Yəni, məhkəmə yalnız mənəvi təzminat olaraq həkimlərin 75 manat ödəməsi, “Medi Sina” klinikasına qarşı cinayət işinin başlanması barədə qərar verib və maddi təzminat olaraq əlavə iddia qaldırmağımızı tövsiyə edib.

Hazırda mənəvi təzminatın ödənməsi ilə bağlı qərar icra olunması üçün məhkəmə icraçılarına göndərilib.

Vəkillərim isə maddi təzminatla bağlı Ali Məhkəmənin çıxardığı qərara uyğun olaraq, ilkin instansiya məhkəməsinə iddia ərizəsi hazırlayır və yaxın günlərdə təqdim edəcəyik.

Həmçinin mənəvi təzminatın daha yüksək olması tələbi ilə Avropa Məhkəməsinə də iddia qaldırmaq niyyətindəyik və vəkillər hazırda həmin iddianı hazırlayırlar. Belə ki, mənəvi təzminat olaraq 75 min manat müəyyənləşdirilməsi Azərbaycanda bir ilkdir və bu işə qədər belə bir presedent olmayıb. Ancaq biz daha yüksək məbləğin gələcəkdə presedentə çevrilməsi üçün hakimlərimizin çəkinmədən qərar verməsinə də hüquqi presedent hazırlamaq niyyətindəyik və ona görə də Avropa Məhkəməsinə veririk”.

A.Niftəliyev bildirib ki, həkimlərdən biri - anestezioloq Firuz İbrahimov Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan insan ölümünə səbəb olma) və 320.1 (sənəd saxtalaşdırması) maddələri ilə ittiham olunaraq, 2015-ci il avqustun 31-də Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə 2,5 il müddətinə azadlıqdan məhrum edilib:

“O, Ali Məhkəməyə kassasiya şikayəti versə də, dekabrın 22-də keçirilən prosesdə barəsində hökmün dəyişməyəcəyini bildiyi üçün iddiasını geri çəkdi ki, növbəti iddia ərizəsi vermək fürsəti olsun. Belə ki, qanunvericiliyə görə, məhkum 1,5 il müddətində Ali Məhkəməyə şikayət hüququnu özündə saxlayır və təəssüf ki, o, istədiyi qədər şikayət verib, proses zamanı ərizəsini geri çəkməklə yenə də şikayət hüququnu saxlaya bilər.

Əməliyyatda assistent kimi iştirak edən və bu əməliyyatın keçirilməsinin təşəbbüskarı olan, əslində isə bizdən daha böyük məbləğ alıb, əvəzində ucuz klinika tapmaqla dələduzluq edən Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin ümumi cərrahı Fərəcullah İdrisov barəsində başlanan CM-nin 29.178-ci maddəsi ilə istintaq işi Bakı şəhər Baş Polis İdarəsində davam edir. Bu cinayət işinin istintaqı birbaşa Daxili İşlər Nazirliyi rəhbərliyinin nəzarətində olsa da, təəssüf ki, bir ilə yaxındır yekunlaşmayıb. Müstəntiq Vüqar İsmayılov işi nəhayət bitirməsini və məhkəməyə göndərməsini gözləməkdəyik”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024