Mobil versiya
Şəhid Zeynalov Hafiz Tahir oğlunun doğum günü münasibəti ilə anım tədbiri keçirilmişdir.BƏRDƏ (FOTO)
Tarix: 16-02-2016 | Saat: 12:43
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər


15 fevral 2016-cı il tarixdə Bərdə rayon Gənclər və İdman idarəsinin,YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin, Təhsil şöbəsinin və Azərbaycan Qarabağ müharibəsi veteranları,əlilləri və şəhid ailələri İctimai Birliyinin rayon şöbəsinin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi məqsədi ilə şəhid Zeynalov Hafiz Tahir oğlunun adını daşıyan Gərənə kənd tam orta məktəbində şəhidin doğum günü münasibəti ilə anım tədbiri keçirilmişdir. Tədbirdən öncə məktəbin ”Şahin” komandasının üzvləri,bir qrup müəllimlər,ailə üzvləri və qonaqlar “Şəhidlər xiyabanı”nda olmuş mərhumun məzarına əklil və qərənfillər qoymuş,onun ruhuna dualar oxumuşlar.Sonra şəhidin evində olmuş ,sovqat verilmiş,atası və ailə üzvləri ilə söhbət edilmişdir. Şəhidimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri məktəbin direktoru Teymur Həmidov açaraq qonaqları təqdim etdi və Hafiz Zeynalovun keçdiyi qısa,lakin şərəfli ömür və döyüş yollarından danışdı. Qarabağ Müharibəsi Veteranları,Əlilləri,Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Etibar Hüseynova çıxış edərək Respublikada şəhidlərin xatirəsinə,şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan söz açaraq bu mənada Bərdə rayonunun seçilən bölgələrdən olduğunu bildirdi. Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov çıxış edərək Azərbaycan gənclərinin,eləcə də Bərdə gənclərinin Qarabağ savaşında göstərdikləri şücaətdən,ulu öndərin onlara verdiyi yüksək qiymətdən,ölkə Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə və müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan,idarənin baş məsləhətçisi Aydın Qasımov, gənc nəslin vətənpərvər ruhda böyüməsi ücün görülən işlərdən danışdılar.Gərənə kənd tam orta məktəbin müəllimi Sarıtel Ələsgərova,məktəbin riyaziyyat müəllimi,respublikanın əməkdar müəllimi Məhbubə Hüseynova,şəhidin bacısı Məruzə Quliyeva,qardaşı Bulud Zeynalov çıxış edərək Hafiz Zeynalovun həyatının böyüməkdə olan gənc nəslə örnək olduğunu vurğuladı. Şəhidin qardaşı qızı,IX sinif şagirdi Nərgiz Zeynalzadə əmisinə ithaf olunmuş seiri söylədi. Məktəbin şagirdlərinin hazırladıqları “ Şəhidlik zirvəsində ” mövzusunda kompozisiya iştirakçılara təqdim olundu. Tədbirdə xatirə şəkilləri çəkildi.










Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024