Mobil versiya
“Ərizə qəbulu fevralın 19-dək aparılacaq
Tarix: 04-02-2016 | Saat: 22:24
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016-2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçiriləcək imtahanların qrafikini elan edib.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Azərtac-a bildiriblər ki, magistratura səviyyəsinə ərizə qəbulu fevralın 10-dan 19-dək aparılacaq. İmtahanın birinci mərhələsi martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək.

AMEA-nın magistratura ixtisaslaşmalarını seçən bakalavrların qeydiyyatı iyunun 9-dan 12-dək, müsahibəsi isə iyunun 13-dən 17-dək keçiriləcək.

2016-2017-ci tədris ili üçün qəbul planı ilə AMEA-nın rəsmi saytında tanış olmaq olar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024