Mobil versiya
Güvən yerimiz- Azərbaycan gəncliyi
Tarix: 02-02-2016 | Saat: 11:18
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər


20 ildir ki, Azərbaycanda 2 Fevral Gənclər günü kimi qeyd olunur. Azərbaycan gəncliyi intellektual səviyyəsi, istedadı, çevikliyi, ayıqlığı ilə diqqət mərkəzində olub. Bu günkü gəncliyimizin ruhu hansı ab-havaya köklənib? Onları nə düşündürür, nə maraqlandırır və narahat edir? Bunu bilmək üçün Sumqayıt şəhəri gəncləri arasında kiçik bir sorğu keçirdim. Müsahiblərim müxtəlif zümrəni təmsil edən gənclər idi.

İlk müsahibəni Heydər parkında rastlaşdığım gənclərdən götürdüm. Zakir və İlqar adlı gənclər idi. Onlara sualım belə oldu:

-Bu günkü gəncliyimizi axtarsaq harda taparıq?

-Çayxanada nərd, domino oynamaqla, iş var ki ??

-Bizim gənclərlə əcnəbi gənclər arasında hansı fərqlər mövcuddur?

-Onlar bizdən daha fəaldır. Çox üstünlükləri var

-Müasir gəncliyin cəmiyyətdə rolu güclüdürmü?

-Gənclərin cəmiyyətdə elə bir rolu yoxdur.

-Gənclər günü münasibəti ilə hansı hədiyyənin bağışlanmasını istərdiniz və yaxud bağışlayardınız?

-İş olsaydı lap yaxşı olardı. İş var ki?

Bu pessimist ruhlu gənclərlə sağollaşıb Kimyaçılar Sarayı tərəfə üz tutdum. Burda Vasif adlı 20-21 yaşlı tələbədən suallarımı cavalandırmasını xahiş etdim. Razılaşdı:

-Bu günkü gəncliyi axtarsaq harda taparıq?

-Hər yerdə tapa bilərik.

-Bizim gənclərlə əcnəbi gənclər arasında hansı fərqi var?

-Biz əcnəbilərdən üstünük.

Hədiyyə bağışlamaq sualına gələndə isə Vasif suala cavab verməyə çətinlik çəkir.

-Gələcək gənclərindir siz bunla razısız?

-Razıyam.

Vasifdən ayrılıb daha iki gəncə yaxınlaşıram. Elçin və Tural, onlar SDU-nun tələbələridir.

Onlar birinci suala gəncliyi cəmiyyətimizin hər sahəsində tapa bilərik cavabını verdilər. Həyat eşqi ilə dolu olan bu gənclər əcnəbi gənclərlə bizim gənclərimizi belə müqayisə etdilər:

-Bizim gənclərə qonşu və Avropa ölkələrinin gənclərindən daha yaxşı şərait yaradılıb.

Sonra onu da qeyd etdilər ki, 25 ildir müstəqillik əldə etmişik. Məhz bu dövrün gəncliyi əvvəlkilərə nisbətən daha milli ruhda böyüyüb. Bu gün əmr olunsa gəncliyimiz ayağa qalxıb torpaqlarımızı düşməndən azad etməyə qalxar.

S.Vurğun adına Mərkəzi Kitabxananın qarşısında yaxınlaşdığım gənc qızın adı isə Şəhla idi. Şəhla da suallarımı cavablandırmaqdan çəkinmədi. Onun fikrincə müasir Azərbaycan gəncini bankomatların qarşısında kredit ödəyərkən, çayxanalarda topaz oynayanda, qul,fəhlə bazarında tapmaq olar. Gəncləri iki qrupa bölən Şəhla bir qisim gənclərin əyləncəyə daha çox vaxt sərf etdiyini, digər qismini isə gənclik yaşamadığını qeyd etdi:

-25 yaşına çatmamış bizdə gənclər artıq qocalır. Bu da Şəhlanın fikirləri idi.

Gənclərə verilən hədiyyə sualına isə o, belə cavab verir:

-İmkanım olsaydı, onlara təhsil və iş verərdim.

Apardığım müsahibədə bir şey ürəkaçan idi ki, müasir gənclik monotonluqdan uzaqdır. Azərbaycan gəncləri, Sizə bütün çalarları ilə dopdolu həyat eşqi arzusu ilə,

Şirxanlı Rövşən.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024