Mobil versiya
20 yanvar şərəf və qürur günümüzdür
Tarix: 18-01-2016 | Saat: 19:00
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər



18 yanvar 2016-cı il tarixdə S.Vurğun adına Bərdə rayon Mərkəzi kitabxanasında Gənclər və İdman idarəsinin və kitabxananın birgə təşkilatçılığı,yeniyetmə və gənclərin iştirakı ilə “20 yanvar şərəf və qürur günümüzdür” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə S.Vurğun adına Bərdə rayon Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin müdiri Almaz Zülfiqarova açraq mövzu ilə bağlı qısa məlumat verdi.İlk öncə 20 yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi. Mövzu ilə bağlı kitabxananın baş kitabxanaçısı Fəxriyyə Quliyeva məruzə etdi. Sonra Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov 1980-ci illərin sonunda SSRİ məkanında gedən ictimai-siyasi proseslərdən,sovet imperiyasının dağılma ərəfəsində olduğundan, ümummilli lider Heydər Əliyevin vəzifədən uzaqlaşdırılmasından və bundan sonra xalqımızın başına gələn faciələrdən danışdı.O,qeyd etdi ki, məhz ulu öndər 1993-cü ildə yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra “20 yanvar” faciəsinə düzgün siyasi qiymət verilmişdir. Əmək veteranı,şair Rəşid Kazımov “20 yanvar” faciəsi şəhidlərinə həsr etdiyi şeirlərini tədbir iştirakçılarına təqdim etdi. 2 saylı şəhər kitabxanasının müdiri Xədicə Məmmədova çıxış edərək tarix boyu xalqımızın başına açılan müsibətlərdən,20 yanvar hadisələrində həlak olanlardan və onların içərisində gənclərin çoxluq təşkil etdiyini bildirdi və qeyd etdi ki,biz hər zaman müstəqillik yolunda həlak olan şəhidlərimizin adını həmişə uca tutmalıyıq. Şəhər 8 saylı tam orta məktəbin II sinif şagirdi Əhməd Aslanov Məmməd Aslanın “Ağla qərənfil” şeirini söylədi. Sonda Azərbaycanın Milli Qəhrəmanı E.Kərimov adına şəhər 4 saylı tam orta məktəbin V sinif şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya təqdim olundu. Tədbirə Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin müdiri Almaz Zülfiqarova yekun vurdu.








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024