Mobil versiya
Səudiyyə şiə edamına öncədən hazırlaşıbmış - Gizli sənəd
Tarix: 05-01-2016 | Saat: 14:07
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər



Səudiyyə Ərəbistanının Şeyx Nimrin edamına kəskin reaksiyaların veriləcəyini əvvəlcədən təxmin etdiyi və bununla bağlı tədbirlər gördüyü ortaya çıxıb.

Aia.az xəbər verir ki, Səudiyyə insan hüquqları müdafiəçilərinin əldə etdiyi sənəd İngiltərənin “İndependent” qəzeti tərəfindən dərc olunub.

Sənəddə ölkənin təhlükəsizlik orqanlarından 31 dekabra planladıqları tətilləri ləğv etmələri və növbəti əmrə qədər maksimum tədbir görmələri istənilib.

“Repriev” insan hüquqları təşkilatı bu sənədin edamların siyasi xarakterli olduğunu sübut etdiyini açıqlayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yanvarın 2-də aralarında şiə din alimi Ayətullah Nimr Baqir ən-Nimrin də olduğu 47 nəfəri edam edib. Bundan sonra Tehrandakı Riyad səfirliyi yandırılıb. Səudiyyə buna cavab olaraq İranla diplomatik əlaqələri kəsib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024