Mobil versiya
“MediaMən” Layihəsi
Tarix: 09-01-2019 | Saat: 16:18
Bölmə:Gündəm | çapa göndər

“MediaMən” Layihəsi


Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "MediaMən” layihəsinin açılış tədbiri keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Bakı Kompüter Peşə Liseyinin müəlliməsi Afaq Əliyeva layihə barədə məlumat verərək bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd liseydə təhsil alan tələbələrə İKT-nin yeniliklərini, qloballaşan cəmiyyətdə inkişaf edən innovasiyaları çatdırmaq, İKT imkanlarından istifadə etməklə əldə edilmiş biliklər vasitəsilə onların cəmiyyətin inkişafında aktiv rol oynamalarına şərait yaratmaqdır. Sonra Layihə rəhbəri Abbas Əliyev layihə çərçivəsində gənclərdə İKT-yə, təhsilə, elmə, mədəniyyət və incəsənətə yeni texnologiyalar vasitəsilə maraq oyatmaq, internet resurslarından səmərəli istifadə etməyin vacibliyini vurğulayib. Daha sonra təlimçi Amal Əsgərov "Media nədir” "Ənənəvi media anlayışı”, sosial şəbəkələri tanıtmaq, gənclərin şəbəkələşməsindən layihə iştirakçılarına məlumat vermişdir. Daha sonra komandalara bölünərək, hər komanda öz mövzularının təqdimatını etmişdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024