Mobil versiya
UTECA tələbəsi yeni və olduqca maraqlı layihədə
Tarix: 11-12-2018 | Saat: 12:11
Bölmə:Gündəm | çapa göndər

UTECA tələbəsi yeni və olduqca maraqlı layihədə




UTECA tələbəsinin də qatıldığı layihə kitab aləmini əhatə edir. Söhbət 5 gəncin ərsəyə gətirdiyi “Myliboo” layihəsindən gedir.

“Myliboo” bir platformadır – burada istənilən şəxs ikinci əl kitabların satışını həyata keçirə biləcək, istənilən kitabın hansısa dilə tərcüməsi sifariş ediləcək, nadir kitabların və dərsliklərin elektron nüsxəsi əlçatan olacaq, kitab satıcıları statistika bazasından yararlanacaqlar. Portaldan alış-veriş zamanı toplanan xallar müştəriyə pulsuz bestseller əldə etmək imkanı yaradacaq ki, bu da gənclər arasında mütaliənin çoxalmasına hesablanıb. Bundan başqa kitabsevərlər forum bölümündə oxuduqları kitabları müzakirə edə biləcəklər.

Layihənin magistr və doktorantlar üçün maraqlı üstünlükləri var. Belə ki, bir çox ölkələrin elm adamlarının nəşrləri, məqalələri, eləcə də nüfuzlu elmi jurnalların materialları Azərbaycan dilinə tərcümə edilərək portala yerləşdiriləcək.

Müəlliflər UTECA-nın birinci kurs tələbəsi, gələcəyin mühəndisi Elvin Qasımlı, ADAU-nun baytarlıq ixtisası üzrə təhsil alan tələbəsi Aydan Osmanlı, Bakı Ali Neft Məktəbinin tələbəsi Səmra Manafzadə, hazırda Türkiyədə Kastamonu Universitetində təhsilini davam etdirən gənc mütəxəssis Musa Abbaov və Çexiyanın Praqa İqtisadi Universitetinin tələbəsi Ruslan Mirzəyevdir. Müxtəlif universitetləri təmsil edən bu tələbələr layihəni təhsil aldıqları ölkələrdən idarə edirlər.

Tezliklə start veriləcək layihə ilk dəfə Azərbaycan Texnologiya Universitetində təqdim edilib. Tanışlıq zamanı gənclər layihənin elmi və iqtisadi səmərəsini əsaslandıraraq izah ediblər. Prorektor Səbuhi Yusifov müəlliflərə bir sıra məsləhətlər verib. Onları UTECA-nın “Barama” ofisində qeydiyyatdan keməyə, layihə ilə bağlı daha çox nailiyyətlərə imza atmaq üçün burada yaradılan şəraitdən yararlanmağa dəvət edib.

aia.az











Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024