Mobil versiya
Akif Əlizadə: AMEA professorları gənclərin elmə marağının artırılması istiqamətində fəal çalışmalıdırlar
Tarix: 03-12-2018 | Saat: 17:41
Bölmə:Gündəm | çapa göndər

Akif Əlizadə: AMEA professorları gənclərin elmə marağının artırılması istiqamətində fəal çalışmalıdırlar


AMEA-nın professorları akademiyanın elmi və elmi-təşkilati həyatında daha yaxından iştirak etməlidirlər.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Professorlarının Koordinasiya Şurasının ilk iclasında çıxış edən akademiya prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadənin sözlərinə görə, AMEA professorları öz fəaliyyətlərində elmlə təhsilin inteqrasiyasına xüsusi diqqət ayırmalı, innovativ fəaliyyətin inkişaf etdirilməsinə dəstək verməli, gənc kadrların hazırlanmasında, tədris prosesində elmi nailiyyətlərin təbliğində, habelə gənclərin elmə marağının artırılması istiqamətində fəal çalışmalıdırlar.

AMEA prezidenti elm və təhsil sahəsində əlaqələrin möhkəmləndirilməsinin şuranın əsas fəaliyyət prinsiplərindən biri olduğunu deyib.

Akademik AMEA-nın professorlarının akademiyada magistrantların yüksək səviyyəli mütəxəssis kimi yetişməsində rolunu xüsusi vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024