Mobil versiya
Azərbaycanda əhalinin artımına təsir edən iki əsas səbəb - Komitə əsas problemi açıqladı
Tarix: 01-12-2018 | Saat: 11:30
Bölmə:Gündəm | çapa göndər

Azərbaycanda əhalinin artımına təsir edən iki əsas səbəb - Komitə əsas problemi açıqladı


Azərbaycanda 2011-ci ildən doğulan uşaqların sayında azalma müşahidə olunsa da, hələ də əhalinin təbii artımının davam etməsinin iki əsas səbəbi var.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova BakuPost-a açıqlamasında deyib ki, Azərbaycanda miqrasiya prosesində balansın tarazlaşması və müsbətə doğru dəyişməsi əslində demoqrafik prosesə müsbət təsir göstərir.

A. Veysəlova bildirib ki, bu gün Azərbaycanda miqrasiya prosesində çox müsbət dəyişikliklər gedir: "Əgər 1990-cı illərdə Azərbaycandan daha çox və kütləvi şəkildə xarici ölkələrə axın, xüsusən əmək miqrantı qismində axın var idisə, bu gün biz əksinə, ölkəyə gələnlərin sayının çox olduğunu görürük. Ölüm hallarının sayında da sabitliyin qorunması əslində əhalinin təbii artımı üçün bir şans yaradır. Bu gün əhalinin ömrünün uzunluğunun artması da buna təsir göstərir. Azərbaycanda hələ ki, demoqrafik problem yaşanmır. Ona görə də ölkədə hələ ki, azalma da olsa, təbii artım var. Çalışmalıyıq ki, bu, təbii artımı aşağı salmayacaq, əksinə, daha da yaxşılaşdıraq”.

Dövlət Komitəsinin əməkdaşı bu gün əsas narahatlığın yeni doğulanlar arasında cins disbalansının mövcudluğu olduğunu vurğulayıb: "Bu gün bu məsələ üzərində böyük işlər aparılır. Bu işlərin nəticəsi nədən ibarətdir? Əvvəllər yen doğulan oğlanlarla qızlar arasında nisbət 100/116-a idi, bu gün həmin nisbət 100/114-ə düşüb. Bu çox yaxşıdır. Artıq doğulanlar arasında cins nisbəti balansı da yavaş-yavaş tarazlaşmağa doğru gedir. Bu gün ölkə əhalisinin 51,1 faizi qadın, 49,9 faizi kişidir. Qadın və kişinin sayı nöqteyi-nəzərdən biz bu nisbətin bərabərləşməsini istəmirik. Çünki bir faktdır ki, fizioloji baxımdan kişilərin xəstəliklərə, müəyyən hadisələrə dözümlülüyü çox zəifdir. Bu da onların müəyyən yaş qruplarında ölümlərinə səbəb olur. Məsələn, adi bir xəstəliyi oğlan uşağı daha ağır keçirir. Ona görə də qız uşaqları ilə müqayisədə oğlan uşaqları arasında ölüm halları daha çoxdur. Eləcə də yuxarı yaş qruplarında ürək-damar, qan dövranı və əsəb sistemlərinin xəstəlikləri ilə bağlı kişilər arasında ölüm faizi daha çoxdur. Dövlət Komitəsi tarazlığın pozulmaması üçün bu məsələlərə böyük önəm verir. Yəni əhali artsa da, bu artım elə olmalıdır ki, genefonda ziyan dəyməsin. Bu istiqamətdə Dövlət Komitəsi böyük iş aparır və bu məsələ dövlət başçısının da diqqətindədir. Dövlət Komitəsi hesab edir ki, elmin, texnologiyanın inkişafı, insanların düşüncələrinin dəyişməsi müsbət tendensiyalara yol açacaq”.

A.Veysəlovanın sözlərinə görə, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin bir çoxunda doğulan uşaqların sayının azalması faktı mövcuddur və bu məsələ aktualdır: "Statistik məlumatlar və demoqrafların təhlilləri göstərir ki, dünyada əhalinin sayı getdikcə artacaq. Amma əhalinin sayı inkişaf etməmiş ölkələrin, məsələn, Afrika ölkələrinin hesabına artacaq. Yeri gəlmişkən, inkişaf etmiş ölkələrdən Çin demoqrafik proseslərə nəzarət edir. Amma əhalinin çox olduğu Hindistanda, o cümlədən Yaponiyada belə nəzarət yoxdur. Hər bir ölkənin gələcəklə bağlı öz planları var . Çalışırlar ki, doğulan insanların firavan yaşaması də təmin olunsun”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024