Mobil versiya
Vahid Əhmədov deputatlarla bağlı dəyişiklikləri PİSLƏDİ
Tarix: 01-11-2018 | Saat: 15:09
Bölmə:Gündəm | çapa göndər

Vahid Əhmədov deputatlarla bağlı dəyişiklikləri PİSLƏDİ


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi", “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanunlarına dəyişikliklər edilməsi ilə bağlı hazırlanan qanun layihəsindən danışarkən, onların əleyhinə çıxıb.


Sözügedən dəyişiklikləri pisləyən V.Əhmədov Modern.az-a açıqlamasında deyib:


"Mən həmin iclasda iştirak etməmişəm, ancaq ikinci oxunuşda yəqin ki, bu barədə öz sözümü deyəcəm. Sizə açıq söyləyim ki, bu məsələ başadüşülən deyil. Bilmirəm ki, bu qanun layihəsi haradan gəlir, kim bunu idarə edir, kimin istəyidir. Əvvəla, millət vəkili xalq seçir. Əgər bu gün Milli Məclisdə 119 nəfər millət vəkili varsa, onların hər biri Azərbaycan Prezidenti İlham Əliyevin siyasətini tam dəstəkləyir. Bununla bağlı heç bir problem yoxdur. Ona görə də biz millət vəkillərinə qarşı atılan bu cür addımları qeyri-qanuni hesab edirəm".


Deputat bildirib ki, bu cür qanun layihələri beynəlxalq ekspertizaya göndərilməlidir:


"Bu cür qanunlar əvvəlcə beynəlxalq ekspertizaya göndərilməli və oradan keçməlidir. Necə yani, millət vəkillərinin taleyini İntizam Komissiyasının 9 nəfərlik deputatı həll etməlidir? Bəs 40-45 min seçici nəyə lazımdır? Milli Məclis seçkili orqandır. Yəni bu cür məhdudiyyətlərin qoyulması cəmiyyətdə də yaxşı qarşılanmır. Digər tərəfdən isə bu millət vəkillərinə qarşı olan laqeyd münasibətdir. Görünür, bu sənəd kiminsə stolunun üzərində hazırlanıb. Dəqiq bilmirəm ki, bu kimin ideyasıdır. Buna nə gərək var? Açığı deyim ki, mən bu məsələdə Komissiya sədrini və onun üzvlərini də günahlandırıram. Axı nə üçün onlar bu məsələ Komitədə müzakirə olunan zaman öz sözlərini deməyiblər! Buna heç bir ehtiyac yox idi. Azərbaycan sabit dövlətdir. Bu cür addımları atmağa nə gərəkirdi? Biz millət vəkillərini xalq seçir, axı Milli Məclis təyinatlı orqan deyil! Biz hüquqi və demokratik dövlət qurmuşuq. Bu dövlətin də bir qolu qanunverici orqandır. Yəni, qanunverici orqanın səlahiyyətlərini bu cür formada əlindən almaq və narazılıq yaratmaq əlbəttə ki, yolverilməzdir".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024