Mobil versiya
Misirin Qalubiyyə vilayətinin qubernatoru Dr.Alaa Marzoukun başçılıq etdiyi nümayəndə heyəti Abşerona səfər edib.
Tarix: 30-10-2018 | Saat: 17:12
Bölmə:Gündəm | çapa göndər

Misirin Qalubiyyə vilayətinin qubernatoru Dr.Alaa Marzoukun başçılıq etdiyi nümayəndə heyəti Abşerona səfər edib.


Abşeron rayonunu Misirin Qalubiyyə vilayəti ilə dostluq telləri bağlayır. Vaxtaşırı hər iki regionun nümayəndələri qarşılıqlı səfərlər edir, əməkdaşlıq perspektivlərini müəyyənləşdirirlər.

Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Misirin Qalubiyyə vilayətinin qubernatoru Dr.Alaa Marzouk və Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahimlə görüşüb.

Rayon İcra Hakimiyyətində baş tutan görüşdə İ.Gülməmmədova Abşeron rayonu haqqında Dr.Alaa Marzoukun başçılıq etdiyi nümayəndə heyətinə məlumat verib. Rayonun Xırdalan şəhəri də daxil olmaqla 15 kənd və qəsəbəsinin olduğunu və burada 500 mindən çox əhalinin yaşadığını qeyd edən başçı Abşeronun əvvəlcə kənd təsərrüfatı rayonu kimi yaradıldığını, hazırda isə həm kənd təsərrüfatı, həm də sənayə rayonu kimi inkişaf etdiyini bildirib. Abşeronun mədəniyyəti, iqtisadiyyatı, milli adət-ənənələri, tarixi abidələri, turizm potensialı barədə geniş məlumat verən başçı rayon ərazisində fərliyyət göstərən sahibkarlıq subyektləri, istehsal sahələri barəsində danışıb.

Görüşdə xanım başçı 2007-ci ildə Qalubiyyə ilə Abşeron rayonunun qardaşlaşması barədə protokolun imzalanmasını xatırladaraq, sənədin bütün müddəalarının uğurla yerinə yetirildiyini bildirib. Abşeronda Azərbaycan-Misir dostluq parkı, Xırdalan şəhərinin mərkəzində Qalubiyyə küçəsi, Misir-ərəb təmayüllü məktəb, Qalubiyyədə isə Heydər Əliyev parkı, Azərbaycan küçəsi və Azərbaycan-Misir dostluq məktəbinin olması iki ölkə arasında dostluğun əyani təzahürü kimi qiymətləndirilib.

Abşerona ilk dəfədir səfər etdiyini, bu gözəl rayonla tanış olduğuna görə çox şad olduğunu vurğulayan qubernator Alaa MarzoukAzərbaycan ilə Misir arasında əlaqələrin 2006-cı ilin mayın 6-da Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfərindən sonra yeni mərhələyə qədəm qoyduğunu bildirib. Qeyd edib ki, həmin səfər zamanı Abşeron RİH və Misirin Qəlyubiyyə əyaləti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandumda tərəflər arasında kənd təsərrüfatı, sənaye, irriqasiya, yerli inkişaf, mədəniyyət, xeyriyyə və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, qeyd olunan istiqamətlərdə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulmuşdur.
O qeyd edib ki, Misir Ərəb Respublikası Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar olan bütün məsələlərdə ölkəmizi dəstəkləyir. “Ümidvarıq ki, regionlarımız arasında münasibətlərin möhkəmlənməsi iki ölkə arasında əməkdaşlığın daha fəal inkişafına şərait yaradacaqdır”.

Alaa Marzouk Abşeron rayonunun Azərbaycan ilə Misir arasında qarşılıqlı əlaqələrin inkişafında xüsusi rol oynadığını, digər rayonların da Misirin əyalətləri ilə belə işgüzar əlaqələr qurmasına ehtiyac duyulduğunu bildirib.

Hazırda Abşeron rayonunun Azərbaycan ilə Misir arasında qarşılıqlı əlaqələrin inkişafında xüsusi rol oynadığını vurğulayan qubernator, iki ölkə arasında birbaşa aviareyslərin açılması barədə razılıq əldə olunduğunu bildirib. Onun sözlərinə görə, reyslər “Azərbaycan Hava Yolları” QSC (AZAL) tərəfindən noyabrın 8-dən həyata keçiriləcək.

Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, xalqlarımız arasındakı münasibətlərin tarixi kökləri barədə danışıb.

Xatirə hədiyyələrinin təqdimatından sonra qonaqlar Xırdalan şəhərindəki Misir-ərəb təmayüllü 9 saylı orta məktəbdə olublar. Məktəblilərin əl işlərindən ibarət sərgi də qonaqlarda böyük təəssürat doğurub. Burada nümayəndə heyəti Azərbaycan-Misir dostluq guşəsi ilə tanış olublar. Məktəbdə keçirilmiş dostluq dərsində isə ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Azərbaycan-Misir əlaqələrinin inkişafına verdiyi töhfələrdən danışılıb. Dərsdə azərbaycanlı şagirdlər ərəb dilində şeirlər söyləyiblər.

Qonaqlar Xırdalandakı Qalubiyyə küçəsində yerləşən Azərbaycan-Misir dostluq parkını da gəziblər.

Şamo Əliyev










Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024