Mobil versiya
DİN İmişli “ASAN Xidmət”ə işçi axtarır
Tarix: 30-10-2018 | Saat: 10:49
Bölmə:Gündəm | çapa göndər

DİN İmişli “ASAN Xidmət”ə işçi axtarır



Daxili İşlər Nazirliyi (DİN) İmişli rayon “ASAN Xidmət” mərkəzində Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanların kiçik rəis heyəti vəzifələrində vakant olan 3 yerə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.



Nazirliyin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən "Report"a verilən məlumata görə, müsabiqədə yaşı 25-dən yuxarı olmayan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş şərtlərə cavab verən, ali və ya orta-ixtisas təhsilli, özü və yaxın qohumları məhkum olunmamış, yaşayış yeri üzrə İmişli şəhərində və ətraf rayonlarda daimi qeydiyyatda olan, boyu 160 santimetrdən yuxarı olan qadın, 170 santimetrdən yuxarı olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş kişi vətəndaşlar iştirak edə bilərlər.



Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq, ali təhsilli, xarici dil bilən və kompyuterlə işləmək qabiliyyətinə malik namizədlərə üstünlük veriləcək.



Müsabiqədə iştirak etmək istəyən şəxslər oktyabr ayının 30-dan noyabr ayının 20-dək həftənin iş günləri saat 10.00-dan 17.00-dək Bakı şəhəri Nizami rayonu Məhsəti küçəsi 160 ünvanında yerləşən DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Arxiv uçot şöbəsinə müraciət edərək şəxsiyyət vəsiqəsini, təhsil haqqında sənədin əslini, əmək kitabçasını (olanlar üçün), hərbi bileti (kişilər üçün) təqdim etməlidirlər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024