Mobil versiya
“Azərsığorta” şəhid vərəsələrinin birdəfəlik ödənişlə bağlı narazılığına CAVAB VERDİ
Tarix: 18-10-2018 | Saat: 16:56
Bölmə:Gündəm | çapa göndər

“Azərsığorta” şəhid vərəsələrinin birdəfəlik ödənişlə bağlı narazılığına CAVAB VERDİ


Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, itkin düşmüş, hərbi qulluqçuların varislərinə birdəfəlik ödəmə edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb. Lakin bir qrup şəhid varisi "Azərsığorta" Dövlət Sığorta Şirkətindən sığorta ödənişlərinin onlar tərəfindən alınmadığını iddia ediblər.

Bununla əlaqədar "Azərsığorta"-dan Modern.az-a verilən məlumatda bildirilib ki, 1991-1997-ci illərdə hərbi xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların varislərinə həmin dövrdə qüvvədə olan “Hərbi qulluqçuların dövlət icbarı şəxsi sığortası haqqında” Qanuna əsasən, Dövlət Sığorta Şirkəti tərəfindən 50.000 – 200.000 manat məbləğində sığorta ödənişi həyata keçirilib.


"Vətəndaşlar yaşadıqları ünvan üzrə Dövlət Sığorta Şirkətinin rayon (şəhər) filiallarına ərizə, ölüm haqqında şəhadətnamə, hərbi komissarlıq tərəfindən verilən hərbi xidmətdə olmalarını təsdiq edən sənədləri təqdim etdikdən sonra Şirkətin rayon (şəhər) filiallarınnın müvafiq arayışı əsasında rayon notarial kontorlarında Vərəsəlik haqqında Şəhadətnamə alınıb Şirkətə təqdim edilirdi. Qeyd olunan dövrdə 2917 nəfər hərbi qulluqçunun varisinə sığorta ödənişi hesablanaraq, onların yaşadığı rayon və şəhərdə Əmanət Bankındakı hesablarına köçürülüb. Vərəsəlik hüququnu təsdiq edən Şəhadətnamədə müəyyən edilmiş varisə və yaxud vərəsələrə öz istəkləri ilə adlı çeklə bankdan pulu almaq və yaxud Əmanət Bankında olan hesaba köçürməklə ödənilib", -deyə şirkət bildirib.


"Azərsığorta" bəyan edib ki, həddi-buluğa çatmamış varis uşaqlarının adlarına olan sığorta ödənişi Əmanət Bankına köçürülüb:


"Sığorta Şirkəti tərəfindən aparılmış araşdırmalarla müəyyən edilib ki, yuxarıda qeyd olunan sığorta ödənişi məbləğləri hərbi qulluqçuların varislərinin adlarına Əmanət Bankında olan hesablarına köçürülüb. Belə ki, Neftçala, Kəlbəcər, Suraxanı, Nərimanov və digər rayon filiallarında şikayətçi vətəndaşlara sığorta ödənişi məbləğlərinin ödənilməsi faktı öz təsdiqini tapıb. Neftçala rayonundan şəhid olan İsmayılov Möhübbət İmanverdi oğlunun, Rəcəbov Rəvan Abdulrza oğlunun, Kəlbəcər rayonundan Şərifov Zaur Faiq oğlunun, Bayramov Xalis Sultanəli oğlunun, Qədimov Azər Baris oğlunun, Nərimanov rayonundan Xamoyev Fərman Teymur oğlunun, Həsənov Asif Dadaş oğlunun, Əhmədov Etibar Hümbət oğlunun, Zaqatala rayonundan şəhid Hüseyn Allahyarovun anası Sərvinaz Allahyarova və sair varislərin adlarına adlı çeklə və Əmanət Bankına köçürmə yolu ilə sığorta ödənişi məbləğlərinin ödənilməsi tərəfimizdən sübuta yetirilib.


Həmçinin bildirmək istəyirik ki, şikayətçi vətəndaşlar Dövlət Sığorta Şirkəti ilə yanaşı, bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çoxsaylı müraciətlər edirlər.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələyə aydınlıq gətirmək üçün öz növbəsində araşdırma aparıb və şikayətçi vətəndaşların sığorta ödənişi almaları barədə Respublika Baş Notarial kontorunun arxivində həmin şəhid ailələrinin varislərinə verilmiş vərəsəlik şəhadətnamələrini aşkar edib. Belə ki, şəhid Rzayev Nəsimi Məcid oğlunun, Şərifov Zaur Faiq oğlunun, Bayramov Xasil Sultanəli oğlunun, Musayev Zahid Daşqın oğlunun, Mehdiyev Taleh Teymur oğlunun, Xamoyev Fərman Teymur oğlunun, Abışov Məhərrəm Qubad oğlunun, Həsənov Asif Dadaş oğlunun, Qədimov Musa Əziz oğlunun, İsmayılov Möhübbət İmanverdi oğlunun, İbrahimov Əmir Əsgər oğlunun, Ağabalayev Atabala Sərmağa oğlunun, Tağıyev Həmid Bəhmən oğlunun varislərinə sığorta ödənişinin verilməsi üçün vərəsəlik haqqında şəhadətnamələrin surətləri Əmək və Sosial Müdafiəsi Nazirliyin əməkdaşları tərəfindən Baş Notarial Kontorunun arxivindən alınıb ki, bu da həmin şəxslərin varislərinə sığorta ödənişlərinin verilməsini təsdiq edir.


Şirkətə və digər təşkilatlara müraciət edən vətəndaşlara Şirkətin kompüter proqramları 1991-97-ci illərdə sığorta məbləğinin ödənilmiş hərbi qulluqçuların soyadı, adı, atasının adı, sığorta məbləğinin ödəmə tarixi barədə məlumatlar verilir, Beləliklə bir sıra şikayətçi vətəndaşlar Dövlət Sığorta Şirkətindən o vaxtlar sığorta ödənişi almaları sübuta yetrilərək iddaıarın əsasız olduğu müəyyən edilib.


Hazırda şikayətçilərin ərizələri əsasında Ədliyyə Nazirliyinin Baş Notariat Kontoruna və Əmanət Bankının hüquqi varisi olan Kapital Banka sorğu göndərilməklə bu məsələyə aydınlıq gətirməklə onlara olan sığorta ödənişinin almaları barədə məlumat veriləcək.


“Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikası Qanununa və “İcra Hakimiyyəti orqanlarının idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanması müddətləri göstərilməklə siyahısı”nın 254-cü bəndinə əsasən mühasib qeydiyyatı üçün əsas olan, təsərüffat əməliyyatının aparılmasını qeydə alan ilkin sənədlər və onlara aid olan əlavələrin (kassa, bank sənədləri, bank xəbərdarlığı və köçürmə tələbnamələri, bank çıxarılışı, iş naryadları, cədvəllər, əmlak və materialların qəbulu, təhvil verilməsi və hesabdan silinməsi aktları, əmtəə materiallarının uçotu üzrə qəbz və qaimələr, avans hesabatları və başqaları) saxlanılması müddəti 5 il göstərilib.


Bu səbəbdən 1991-97 ci illərdə Dövlət Sığorta Şirkətinin rayon və şəhər filialları tərəfindən bütün maliyyə sənədləri, o cümlədən hərbi qulluqçuların dövlət icbarı şəxsi sığorta ödənişlərinə dair ilkin sənədlər Dövlət arxivinə təhvil verilib.


Sənədlərin Dövlət arxivinə təhvil verilməsi barədə müvafiq aktlar mövcuddur.


Buna baxmayaraq 1991-1997- cil illərdə hərbi qulluqçuların varislərinə sığorta ödənişinin verilməsinə dair Şirkətdə və rayon, şəhər filiallarında ilkin qeydiyyat jurnalı aparılıb və hazırda kompüter proqramına daxil edilməklə saxlanılır.


Bu məsələnin araşdırılması və şikayətçilərə məlumat verilməsi Şirkətrəhbərliyinin ciddi və gündəlik nəzarətindədir.


Dövlət Sıgorta Şirkəti Azərbaycan Respublikasının ərazi bütövlüyu uğrunda həlak olmuş şəhidlərin qarşısında qüvvədə olan qanunvericilik daxilində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirilməsini təmin edir", - deyə "Azərsığorta" bəyan edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024