Əzizovdan Bakı meriyasında yeni dəyişikliklər - Daha 3 rəhbər şəxs işdən çıxarıldı
Tarix: 20-09-2018, 15:25 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Əzizovdan Bakı meriyasında yeni dəyişikliklər - Daha 3 rəhbər şəxs işdən çıxarıldı


Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) yeni kadr dəyişiklikləri olub.

BakuPost xəbər verir ki, BŞİH başçısının müavini Eldar Əzizov əmri ilə Aparat rəhbəri vəzifəsinə Elgün Həbibullayev təyin edilib. E.Həbibullayev əvvəllər Sumqayıt Şəhər İcra Hakmiyyəti başçısının müavini olub.

Bundan başqa, BŞİH-in Xarici əlaqələr və investisiya proqramları departamentinin rəhbəri İsmayılov Vahid Cabbar oğlu da vəzifəsindən azad edilib. Onun yerinə keçmiş Aparat rəhb əri Rаsim Vаqif оğlu Quliyеv təyin edilib.

Məlumat üçün bildirək ki, bu gün mətbautda yayılan xəbərə görə, Rаsim Quliyеvin Aparat rəhbəri vəzifəsindən azad edilməsi narazılıqla qarşılanıb. Bu səbəbdən E.Əzizov ona BŞİH-in Xarici əlaqələr və investisiya proqramları departamentinin rəhbəri vəzifəsini təklif edib. R. Quliyevin bu vəzifəni qəbul etdiyi təsdiqlənib.

E. Əzizov BŞİH-nin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılovun da vəzifəsindən azad olunması haqda əmr imzalayıb. Onun yerinə Əli Əliyev bu vəzifəyə təyin olunub.

Bundan başqa BŞİH-nin ümumi şöbəsində də dəyişiklik edilib. Belə ki, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Namiq Məmmədov vəzifəsindən azad edilib və onun yerinə Ayaz İmaməliyev təyin olunub.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 16 iyul 2018-ci il tarixli sərəncamı ilə BŞİH başçısının müavini vəzifəsinə Eldar Əzizov təyin olunub. Hazırda E.Əzizov BŞİH başçısı səlahiyyətlərini icra edir.

aia.az



562 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
20-10-2018
19-10-2018
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031