Mobil versiya
“Eurovision” təmsilçimiz Nyu-Yorkda kuryer işləyir
Tarix: 19-09-2018 | Saat: 16:13
Bölmə:Gündəm | çapa göndər

“Eurovision” təmsilçimiz Nyu-Yorkda kuryer işləyir


Müğənni Fərid Məmmədov ABŞ-a köçüb.

aia.az Qafqazinfo-ya istinadən xəbər verir ki, iki il bundan əvvəl Nigar adlı xanımla ailə quran Fərid müğənniliyin də daşını atıb.

O, xanımıyla 1 ildən artıqdır ki, Amerikada yaşayır. 28 yaşlı ifaçı Nyu-Yorkda kuryer kimi fəaliyyət göstərir.

Xatırladaq ki, müğənni "Eurovision – 2013” mahnı müsabiqəsinə Azərbaycanı təmsil edib, ikinci yerin sahibi olub.

Qeyd edək ki, Fəridin toyu mediaya qapalı keçirilmişdi. Hətta toyda bəylə gəlinlə şəkil çəkdirmək də qadağan olunmuşdu.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024