Mobil versiya
Azərbaycandan xaricə gedənlərin sayı açıqlandı
Tarix: 09-08-2018 | Saat: 16:17
Bölmə:Gündəm | çapa göndər

Azərbaycandan xaricə gedənlərin sayı açıqlandı


Azərbaycanlıların ən çox hansı ökələrə getdiyi açıqlanıb.

Dövlət Statistika Komitəsindən aia.az-a verilən məlumata görə, 2018-ci ilin yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artaraq 2 milyon 19,8 min nəfər olub.

Ölkə vətəndaşlarının 30,7 faizi Gürcüstana, 28,7 faizi İrana, 21,2 faizi Rusiya Federasiyasına, 12,7 faizi Türkiyəyə, 1,7 faizi Ukraynaya, 1,2 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər edib. Onların 68,8 faizi kişilər, 31,2 faizi isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 22,8 faiz artıb, Türkiyəyə gedənlərin sayı 6,8 faiz, Gürcüstana gedənlərin sayı 0,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 2,6 faiz azalıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə