Mobil versiya
Avtomobillərin üzərinə belə yazılar yazmayın - VİDEO
Tarix: 10-12-2015 | Saat: 00:10
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər



Yol polisi xəbərdarlıq edir.

Avtomobillərin üzərində dini mahiyyətli yazı və çağırışlar olan sürücülər cəzalandırılacaq.

“Dini etiqad azadlığı” haqqında qanunun tələbi belədir. Milli Məclisdə qəbul olunan qanunun yaxın vaxtlarda qüvvəyə minməsi gözlənilir.

Bu avtomobillərin bir qismi Bakıda, digər qismi isə bölgələrdə lentə alınıb. Onların hamısının arxa şüşəsində dini yazılar var.

Ötən həftə Milli Məclisdə “Dini etiqad azadlığı haqqında” qanuna bir sıra dəyişikliklər edildi. Dəyişiklik avtomobillərdə dini yazıların vurulmasını məhdudlaşdırır.

Dini yazıların avtomobillərdə qadağan edilməsi məsələsi ilə bağlı onların cərimələnməsi də gündəmə gəlir.

Qeyd edək ki, qanun artıq dövlət başçısına da təqdim edilib. Dini yazılar və ya şüarlar olan avtomobillərin cərimələnməsi adi günlərlə yanaşı, Aşura günü kimi müəyyən dini ayinlərin icra olunduğu vaxtlarda da davam etdiriləcək. Çünki bu cür yazılar dini radikalizmin təbliği kimi qiymətləndiriləcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024