Mobil versiya
Rəşad Böyükkişiyevlə bağlı YENİ FAKT - Əvvəlcədən bütün ailə üzvlərini Gürcüstana qaçırıb
Tarix: 13-07-2018 | Saat: 16:53
Bölmə:Gündəm | çapa göndər

Rəşad Böyükkişiyevlə bağlı YENİ FAKT - Əvvəlcədən bütün ailə üzvlərini Gürcüstana qaçırıb


Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında iyulun 10-da Gəncə şəhərində törədilən qanlı cinayətin bütün iştirakçılarının müəyyənləşdirildiyi, 11 nəfərin həbs olunduğu, Rəşad Böyükkişiyevin isə məhv edildiyi bildirilmişdi.



aia.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, istintaq-axtarış əməliyyatı zamanı hadisədən bir gün əvvəl Rəşad Böyükkişiyev bütün ailə üzvlərini və yaxınlarını Gürcüstana çıxardığı məlum olub.



Bu faktlar təsdiq edir ki, Gəncə hadisələri qabaqcadan planlaşdırılıb və bilavasitə xaricdən idarə olunub.

Həmçinin cinayət törətməkdə şübhəli bilinən Bəkram Əliyev isə iyulun 9-da Rusiyadan Gəncəyə gəlib. Bu faktlar təsdiq edir ki, cinayət qabaqcadan planlaşdırılmış aksiya olub və bilavasitə xaricdən idarə edilib.

Əldə edilən bəzi faktlar cinayət iştirakçılarının bir qisminin həm də Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən dini-ekstremist təşkilatla sıx bağlı olduğunu deməyə ciddi əsaslar yaradıb.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024