Mobil versiya
Səxavət Tağlar “Vətənpərvərlik işində xidmətlərinə görə” medalına layiq görüldü
Tarix: 09-06-2018 | Saat: 13:48
Bölmə:Gündəm | çapa göndər






Azərbaycan Respublikasinin Əməkdar müəllimi, yazıçı-publisist Səxavət Tağlar(Tağıyev) həm uğurlu pedaqoji fəaliyyətində, həm də ədəbi yaradıcılığında Vətənpərvərlik tərbiyəsinə görə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin İdarə Heyətinin qərarı ilə “Vətənpərvərlik işində xidmətlərinə görə” medalına layiq görüldü. İmişli rayon MKS-da keçirilən təqdimolunma mərasimində İctima Birliyin İmişli rayon üzrə sədri Ələddin Qardaşov medalı Səxavət Tağlara təqdim etdi. Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayon təmsilçisi Nazim Əzimov, Qarabağ müharibəsi veteranı Sərraf Ağayev, yazıçı Valeh Bahaduroğlu, müəllimin iş yoldaşları – Atamoğlan İmranov, Əlidursun İsayev, MKS-nın direktoru Lətifə Məmmədova və mədəniyyət işçisi Kəmalə Ələkbərova Səxavət Tağların ədəbi və pedaqoji işinin Vətən sevgisinin müxtəlif çalarlarından danışdılar.

Sonda Səxavət Tağlar təltifə görə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin İdarə Heyətinin sədri Mehdi Mehdiyevə və tədbir iştrakçılarına öz dərin təşəkkülünü bildirdi.

aia.az













Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024