Mobil versiya
Generalların vəzifədən çıxarılması kadr islahatlarının tərkib hissəsidir - Gömrük Komitəsindən AÇIQLAMA
Tarix: 30-05-2018 | Saat: 11:47
Bölmə:Gündəm | çapa göndər

Generalların vəzifədən çıxarılması kadr islahatlarının tərkib hissəsidir - Gömrük Komitəsindən AÇIQLAMA


Dövlət Gömrük Komitəsi sədri Səfər Mehdiyevin müvafiq əmrinə əsasən Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov və Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi Baba Salayev təşkilati - ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncama götürülüblər.

Bir çoxları kadr dəyişikliklərini Gömrük Komitəsində “təmizləmə əməliyyatı” kimi qiymətləndirib.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri, gömrük xidməti polkovniki Natiq Axundov Modern.az-a bildirib ki, bu, qanunvericiliklə nəzərdə tutulmuş adi prosedur qaydadır və gömrük sistemində həyata keçirilən kadr islahatlarının tərkib hissəsidir.

N.Axundov hər hansı məlumat yazarkən qurumla dəqiqləşdirmə aparılmasının zəruri olduğunu vurğulayıb:

“Dövlət Gömrük Komitəsi kütləvi informasiya vasitələri və medya nümayəndələrini əsassız və jurnalist təxəyyülünün məhsulu olan məlumatları yayımlayarkən diqqətli olmağa, rəsmi olaraq təsdiq edilməyən informasiyaları ictimailəşdirərkən və şərh edərkən komitənin mövqeyinin də nəzərə alınmasının düzgün və dolğun xəbər verilməsi baxımından faydalı olacağı qənaətindədir”.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024