Mobil versiya
“Qaçqınkom”un yeni mətbuat katibi: “Hər şeyin yaxşı olması üçün çalışacam”
Tarix: 02-05-2018 | Saat: 12:11
Bölmə:Gündəm | çapa göndər

“Qaçqınkom”un yeni mətbuat katibi: “Hər şeyin yaxşı olması üçün çalışacam”



Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsininyeni kadr təyinatı olub.

Bununla bağlı Dövlət Komitəsinin sədri Rövşən Rzayev əmr imzalayıb.

Əmrə əsasən, İbrahim Mirzəyevqurumun Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru təyin edilib.

İ.Mirzəyev Komitənin mətbuat katibi kimi ilk qısa açıqlamasınıModern.az-a verib. O, mətbuatla əlaqələrin qurulmasında hər şeyin yaxşı olması üçün çalışacağını bildirib.

Xatırladaq ki, prezident seçkilərindən sonra yeni hökumətin formalaşdırılarkən deputat Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Təyinatdan sonra Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru Elçin Qədimov işdən çıxarılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024