Nardaran Ağsaqqallar Şurasının sədri danışdı
Tarix: 27-11-2015, 23:43 | Saat: 15:47:00
Bölmə:Gündəm / Manşet2 / Karusel | çapa göndər

Nardaran Ağsaqqallar Şurasının sədri danışdı
“Sabah meyitlərin qaytarılacağı deyilib”.

Ötən gün Nardaranda baş vermiş hadisə ilə bağlı günahkar şəxslər cəzalarına çatacaqlar.

Aia.az xəbər verir ki, bunu Trend-ə Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov bildirib.

N.Kərimov qeyd edib ki, heç kəs hadisələrin belə cərəyan etməsini istəməzdi:

“Qarşıdurma zamanı həlak olmuş polislər də bizim qardaşlarımızdır. Hamımız azərbaycanlıyıq. Allah hamısına rəhmət eləsin! İstintaq gedir. İnanırıq ki, istintaqın yekununda günahkarlar öz cəzalarına çatacaqlar”.

N.Kərimov həmçinin bildirib ki, ötən gün Nardaran hadisələri zamanı həlak olmuş qəsəbə sakinlərinin meyitləri sabah qaytarılacaq.

“Hazırda istintaq aparılır. Sabah meyitlərin qaytarılacağı deyilib”.

N.Kərimovun sözlərinə görə, məsələni şişirtməyə ehtiyac yoxdur: “Heç kəs bizə meyitlərin qaytarılmayacağını deməyib”.шаблоны для dle 11.2



5498 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

17-01-2019
16-01-2019
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
{sape_links}{sape_article}