Mobil versiya
Taleh Bağırovun işi ilə bağlı yeni - MƏLUMAT
Tarix: 27-11-2015 | Saat: 21:33
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər


Saxlanılan şəxslər vəkillə təmin edilməyib.

Hüquq-mühafizə orqanlarının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı saxlanılan Taleh Bağırov və digər 13 nəfər barədə başlanmış cinayət işinin istintaqını aparan qurum məlum olub.

Aia.az xəbər verir ki, bu barədə Trend-ə hüquq-mühafizə orqanlarındakı etibarlı mənbədən məlumat verilib.

Məlumatda bildirilir ki, 14 nəfər barədə cinayət işi Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə göndərilib. Hazırda həmin idarədə istintaq davam edir.

Məlumata görə, hələlik saxlanılan şəxslər vəkillə təmin edilməyib. Buna görə də, həmin şəxslərin harada saxlanılması barədə məlumat yoxdur.

Xatırladaq ki, noyabrın 26-da hüquq-mühafizə orqanlarının Nardaranda keçirdiyi əməliyyat zamanı 2-si polis olmaqla 6 nəfər həlak olub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024