Mobil versiya
"Bəzi dəllallar turizmdən gəlir əldə etmək istəyirlər" - Nazirdən AÇIQLAMA
Tarix: 04-04-2018 | Saat: 10:56
Bölmə:Gündəm | çapa göndər

"Bəzi dəllallar turizmdən gəlir əldə etmək istəyirlər" - Nazirdən AÇIQLAMA


"Bu gün biz öyrəşmişik ki, mədəniyyət sektoru dövlətin çiyinləri üzərində olsun. Amma dünya ölkələrinin təcrübəsi onu göstərir ki, mədəniyyət sektoru dövlətə gəlir gətirir".



Modern.az-ın məlumatına görə, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, Azərbaycanda da mədəniyyət sektoru büdcəyə gəlir gətirməlidir. Bunun üçün isə onlar üçün əlavə imkanlar yaradılmalıdır.


Ə.Qarayevin sözlərinə görə, mədəniyyət sektorunun imkanlarının genişləndirilməsi ölkəyə turizm axınının güclənməsinə yardım edəcək.



Ə.Qarayev əlavə edib ki, turizm sahəsindən gələn gəlirlərin artırılması üçün dünyada qəbul olunmuş vasitələrdən istifadə edilməlidir:



"Əfsuslar olsun ki, bəzi dəllallar turizmdən gəlir əldə etmək istəyirlər. Lakin bu, dəllallıqla deyil, bacarıqla, dünyada qəbul olunmuş vasitələrlə olmalıdır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə