Mobil versiya
Baş prokuror ATƏT-in seçki missiyasının rəhbəri ilə görüşüb
Tarix: 29-03-2018 | Saat: 15:50
Bölmə:Gündəm | çapa göndər

Baş prokuror ATƏT-in seçki missiyasının rəhbəri ilə görüşüb




Baş prokuror Zakir Qaralov martın 29-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının rəhbəri Korin Yonkerlə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, ölkədə seçkilərin demokratik və şəffaf şəraitdə keçirilməsi, seçicilərin azad şəkildə öz iradələrini ifadə etməsi məqsədi ilə görülən işlərdən danışan baş prokuror seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verərək, seçkilər zamanı yol verilən qanun pozuntuları ilə bağlı Baş Prokurorluğa daxil olan cinayət xarakterli məlumatların təxirəsalınmadan araşdırılmasının təmin edilməsi məqsədi ilə İşçi qrupunun yaradıldığını xüsusi qeyd edib.

Korin Yonker səmimi qəbula görə minnətdarlığını ifadə edərək, seçki müşahidə missiyasının fəaliyyəti və məqsədləri barədə məlumat vermiş, müşahidə missiyasının seçkiboyu Baş Prokurorluğun İşçi qrupu ilə əməkdaşlığına önəm verəcəyini bildirib.Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024