Dəmir yolları üçün 5 milyard dollarlıq investisiya
Tarix: 13-03-2018, 17:12 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Dəmir yolları üçün 5 milyard dollarlıq investisiya



Bakıda keçirilən ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransının nəqliyyat və loqistika prosedurlarının sadələşdirilməsi ilə bağlı panel iclası başlayıb.


AzVision.az-ın məlumatına görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müavini Hicran Valehov bildirib ki, 2010-2020-ci illər ərzində Azərbaycan dəmir yolu təsərrüfatına 5 milyard ABŞ dolları məbləğində investisiya qoyulması nəzərdə tutulub. Onun bildirdiyinə görə, artıq bu vəsaitin bir hissəsi yatırılıb.

“Bu investisiyalar beynəlxalq maliyyə institutları tərəfindən əməkdaşlıq çərçivəsində qoyulur”-deyə H.Valehov əlavə edib. O, qeyd edib ki, ən uğurlu layihələrdən biri 8,8km-lik Astara-Astara layihəsidir.

“Bu vaxta qədər 1000-dən çox vaqon alınıb. Konteynerlərin alınması məsələsinə önəm verdiyimiz üçün bu işlərin davam etdirilməsini nəzərdə tuturuq. Artıq bu məqsədlə dövlət büdcəsindən vəsait ayrılıb".

aia.azшаблоны для dle 11.2



5208 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

18-12-2018
14-12-2018
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
{sape_links}{sape_article}