Mobil versiya
Ağacan Abiyev İntizam Komissiyasının iclasını çağıracaq
Tarix: 14-02-2018 | Saat: 10:51
Bölmə:Gündəm | çapa göndər

Ağacan Abiyev İntizam Komissiyasının iclasını çağıracaq




Seçki Məcəlləsinə sonuncu dəfə edilən dəyişikliyə görə, Milli Məclisinin deputatı qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə və səsvermə hüququnun şəxsən həyata keçirilməsi qaydasını pozduqda onun mandatdan məhrum edilməsi qaydasına parlamentin İntizam Komissiyası baxacaq. Və müəyyən qərar qəbul edəcək. Daha sonra isə Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edəcək.

Milli Məclisin İnztizam Komissiyasının üzvü Fazil Mustafa saytımızaaçıqlamasında bildirmişdi ki, çox güman ki, bu yaxınlarda İntizam Komissiyasının ixtisaslaşmış tərkibi seçiləcək.

"Ola bilsin ki, komissiyanın tərkibində dəyişiklik edildi. Çünki "Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanunda dəyişiklik oldu və İntizam Komissiyası həmin qaydaları pozan şəxslərlə bağlı rəy verə biləcək. Həmin rəyi də ixtisaslaşmış komissiya verə bilər. Burada müəyyən təhqiqatın aparılması və hüquqi rəyin verilməsindən söhbət gedir. Bu baxımdan İntizam Komissiyasının tərkibinin təşkili yenidən nəzərdə tutulacaq”.

Məsələ ilə bağlıMilli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abiyev Modern.az-aaçıqlama verib.

Ağacan Abiyev bildirib ki, yaxın vaxtlarda İntizam Komissiyasının iclasının keçirilməsi nəzərdə tutulur.

"Yaxın vaxtlarda İntizam Komissiyasının iclası olacaq. Komissiyanın 7 üzvü var. İclasda komissiyanın ixtisaslaşması barədə məsələni qaldıracam. Bununla bağlı komissiyanın üzvlərinin fikrini alacam”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024