Mobil versiya
Cahangir Hacıyevə görə cəzalanan vəkil narazıdır: “Məhkəməyə müraciət edəcəm”
Tarix: 23-01-2018 | Saat: 15:17
Bölmə:Gündəm | çapa göndər

Cahangir Hacıyevə görə cəzalanan vəkil narazıdır: “Məhkəməyə müraciət edəcəm”




Yanvarın 22-də Vəkillər Kollegiyası Rəyasət Heyətinin toplantısında vəkillər Fəxrəddin Mehdiyev və Aqil Layıcovla bağlı qərar qəbul olunub. Toplantıda F.Mehdiyevin vəkillik fəaliyyəti bir illik dayandırılıb, Aqil Layıcova töhmət verilib. Buna səbəb vəkillərin hüquqlarını müdafiə etdiyi Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin müsahibəsinin mətbuata ötürülməsidir.



F.Mehdiyev həmçinin AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, ilahiyyatçı Taleh Bağırzadə, Əli Kərimlinin qaynı Elnur Seyidov və digər şəxslərin də hüquqlarını müdafiə edib.


F.Mehdiyev Modern.az-a açıqlamasında qərarla razılaşmadığını və məhkəməyə müraciət edəcəyini bildirib:



“Məni müvəkkilimin müsahibəsini mətbuata ötürməkdə günahlandırırlar. Buna görə də 1 il müddətinə fəaliyyətim dayandırılıb. Doğrudur, müsahibəni mətbuata vermişəm. Bu da onunla bağlı idi ki, mətbuatda Cahangir Hacıyevin ittihamına uyğun olmayan fikirlər səsləndirilirdi. Həmin ittihamlara cavab olaraq da, müsahibə mətbuata ötürülüb. Bu isə qanun pozuntusu deyil. Bu əsasda da Baş prokurorun I müavini Rüstəm Usubov barəmizdə tədbir görülməsilə bağlı Vəkillər Kollegiyasına müraciət edib. Kollegiyanın Rəyasət Heyəti mənim fəaliyyətimin bir illik dayandırılması, digər vəkilə töhmət verilməsilə bağlı qərar qəbul etdi. Mən qərarla razı deyiləm, çünki qanunsuzdur. Ona görə də məhkəməyə müraciət edəcəyəm”.



Vəkillər Kollegiyasının sədr müavini Aydın Bağırov Modern.az-a deyib ki, vəkillərin Kollegiyanın üzvlüyündən azad olunmasından söhbət getmir:



“Onlardan biri töhmət alıb, digərinin fəaliyyəti bir illik dayandırılıb. İntizam işilə bağlı Komissiya rəy verib və Rəyasət Heyəti belə qərar qəbul edib.

Aqil Layıcova bir daha belə əməllərə yol verməməsilə bağlı xəbədarlıq edilib, Fəxrəddin Mehdiyev isə bir ildən sonra yenidən vəkil kimi fəaliyyət göstərəcək. Heç biri Kollegiyanın üzvlüyündən çıxarılmayıb”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024