Təbrik edirik
Tarix: 22-11-2017, 12:58 | Saat: 15:47:00
Bölmə:Gündəm, Seçilənlər-8 | çapa göndər

Təbrik edirik


Ağabəy Əskərov şəxsiyyəti cəmiyyətimizdə hələ müstəqillik uğrunda mücadilənin ən gərgin, təlatümlü çağlarından amalı,məramı, söz sahibi olması ilə diqqət mərkəzində olanların ön sıralarında addımlayıb. Ümummilli lider Heydər Əliyevə qarşı qaragüruhun, siyasi qısqanclığın baş alıb getdiyi dövrlərdə o, öz kəsərli sözünü çəkinmədən deməyi, dahi şəxsiyyətin yeganə ümid yerimiz olduğunu ifadə etməyi bacaranlardan biri kimi tanınıb. Azərbaycançılıq amalı, milli məfkurə daşıyıcısı, Heydər Əliyev kursunun qatı tərəfdarı kimi tanınan A.Əskərov seçicilərin mandatını qazanaraq Milli Məclisin tribunasından da Azərbaycan dövlətçiliyinə və xalqına sədaqətlə xidmət göstərmişdir. Uzun müddət cəmiyyətdə nüfuzu ilə seçilən “Səs” qəzetinə rəhbərlik etmişdir. Daha sonra isə görünür mətbuata doğmalığı, onun problem və vəzifələrinə dərindən bələd olması ,nüfuzu resbublika rəhbərliyini onun milli mətbuatımızın doğma evi kimi tanınan “Azərbaycan” nəşriyyatına baş direktor vəzifəsinə irəli çəkilməsi ilə nəticələndi. O, burada da ona göstərilən etimadı əməli işi ilə layiqincə doğrultmağı bacardı. Bu günlərdə respublika prezidenti möhtərəm İlham Əliyev cənabları tərəfindən A.Əskərovun “Şöhrət” ordeni ilə təltif olunması gözlənilən idi. Bu ali dövlət mükafatı münasibəti ilə hörmətli A.Əskərovu kollektivimiz adından təbrik edir, ona uzun ömür, can sağlığı, gələcək fəaliyyətində uğurlar arzulayırıq.
10may.az



572 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
16-12-2017
15-12-2017
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031