Mobil versiya
“Kimin nə deməsindən asılı olmayaraq...” - XİN-dən seçki açıqlaması
Tarix: 31-10-2015 | Saat: 14:08
Bölmə:Gündəm / Seçilənlər-4 / Manşet / Karusel | çapa göndər



Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muiznieksin 28 oktyabr tarixində “Politico” dərgisində Azərbaycana qarşı dərc edilmiş qərəzli və qeyri-obyektiv yazısına cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 31 oktyabr tarixində həmin dərgidə cavab məqaləsi ilə çıxış edib

H.Hacıyevin məqaləsində N.Muizneiksin 28 oktyabr 2015-ci il tarixli məqaləsinin Azərbaycandakı mövcud real durumu əks etdirmədiyi və Azərbaycanda seçki öncəsi vəziyyət haqqında düzgün məlumat təqdim etmədiyini yazıb:

"N.Muizneiksin məqaləsində 1 noyabrda keçiriləcək seçkilərin rəsmi nəticələri bəyan olunmadan onun yekunları haqqında əvvəlcədən fikir söyləməyə cəhd göstərilir. O, həmçinin 5 milyondan artıq sayı olan Azərbaycan elektoratı və 1200 nəfər namizədin adından danışmağa çalışır".

XİN rəsmisi qeyd edib ki, Azərbaycan hökuməti tərəfindən seçkilərin azad, açıq və şəffaf şəkildə keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb: "Qarşıdan gələn parlament seçkiləri Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və digər qurumları təmsil edən 500-dən artıq beynəlxalq müşahidəçi tərəfindən izlənəcək. Eyni zamanda bu seçkilərdə 60.000-dən artıq yerli müşahidəçi iştirak edəcək".

H.Hacıyev yazır ki, hər hansı əsaslandırılmış faktlara istinad edilmədən N.Muiznieksin “1991-ci ildə müstəqilliyini əldə edəndən etibarən Azərbaycanda keçirilmiş seçkilər qanuna uyğunsuzluqlarla müşayiət olunub” deyə siyasi bəyanatı bu seçkilərdə iştirak etmiş namizədlərə və müşahidəçilərə qarşı hörmətsizlik kimi qəbul olunur: "Bu xüsusda, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları bürosunun seçki müşahidə missiyasına gəldikdə isə müəllif onu qeyd etməkdən yayınır ki, ATƏT/DTİHB seçki məntəqələri və müşahidəçilərin sayı barədə qeyri-mütənasibliyə aydın izahat gətirməyərək, Azərbaycandakı seçkilərə müşahidə missiyasının göndərilməməsi barəsində özbaşına qərar qəbul edib. ATƏT/DTİHB siyasi mülahizələrlə çıxış etməməli, seçkilərdə üzv dövlətlərə texniki dəstək göstərməlidir. Buna görə də onun maliyyələşdirilməsi təmin edilir".

Qeyd olunur ki, ATƏT/DTİHB-nin bu cür münasibəti onun mandatının kobud şəkildə pozulmasıdır: "ATƏT-in Daimi Şurasının iclasında müzakirə olunduğu kimi, ATƏT/DTİHB-nin mandatının üzv dövlətlər tərəfindən yenidən nəzərdən keçirilməsinə ehtiyac var. Müəllif, eyni zamanda müvafiq istintaq və məhkəmə qərarı ilə bəzi şəxslərin həbs edilməsini seçki prosesi ilə bağlamağa çalışır. Bunlar tamamilə əlaqəsi olmayan məsələlərdir. Çox maraqlıdır ki, fərdi cinayət işlərindən danışan N.Muiznieks bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının kütləvi şəkildə pozulmasından danışmaqdan yan keçir. Bu insanlar Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qanlı etnik təmizləməyə məruz qalıblar".

H.Hacıyev yazır ki, siyasi məzmunda Avropa İnsan Hüquqları Məhkəməsinin 2005 və 2010-cu illərə aid qərarlarını təfsir edən N.Muiznieks bu məhkəmənin “Çıraqov və digərləri Ermənistana qarşı” 16 iyun 2015-ci il tarixli qərarının üzərindən sükutla ötür: "Avropa İnsan Hüquqları Məhkəməsinin bu qərarı Ermənistanın Azərbaycan ərazilərini qanunsuz işğalına dair məsuliyyətini inkar etməsinə son qoyur. Eləcə də bu qərarda Ermənistanın azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmaları və öz mülkiyyətlərindən istifadə etmək hüquqlarını ifadə etmələrinin qarşısını aldığı qeyd olunur. Onun “Azərbaycanın beynəlxalq təcridi” barədə olan iddiası isə hər hansı tənqidə dözmür. Azərbaycan beynəlxalq ictimaiyyətin fəal və məsuliyyəti üzvü olmaqda davam edəcək. Etibarlı və aydın xəttə malik ölkə kimi Azərbaycanın tərəfdaşlarının şəbəkəsi yalnız artmaqdadır".

XİN rəsmisi bildirir ki, seçkilər hər bir ölkədə demokratik prosesin vacib komponentidir: "Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan xalqının azad iradəsi, onların fəal iştirakı və səsləri seçkilərin nəticələrini müəyyən edəcək".(azvision.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024