Mobil versiya
Generalın anasının evindən oğurluqda ittiham olunurdu – Sərtbəst buraxıldı
Tarix: 23-10-2017 | Saat: 13:58
Bölmə:Gündəm / Karusel | çapa göndər

Generalın anasının evindən oğurluqda ittiham olunurdu – Sərtbəst buraxıldı




Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində gömrük generalı Qambay Əliyevin anası Böyükxanım Əkbərovanın evindən 160 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda təqsirləndirilən Sədaqət Məmmədova barəsində hökm oxunub.
Hakim Rahib Salmanovun icraatında olan prosesdə S.Məmmədovaya oğurluq ittihamı üzrə bəraət verilib və qızılları onun oğurlamadığı qənaətinə gəlinib. Rəsmi sənədləri zədələmə ittihamı üzrə müddət başa çatdığı üçün cəza təyin edilməyib.
Qeyd edək ki, qızılların oğurlanmasından sonra B.Əkbərova vəfat edib. S.Məmmədova isə onun evində qulluqçu işləyib. S.Məmmədova istintaqın ilk başlarında həbs edilsə də, sonradan sərbəst buraxılıb və barəsində ev dustaqlığı qərarı verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024