Mobil versiya
Nərimanov rayonu – pilot layihələrin məkanı
Tarix: 19-10-2017 | Saat: 14:35
Bölmə:Manşet / Gündəm / Seçilənlər-5 | çapa göndər







Bu layihələrin uğurla həyata keçirilməsi Nərimanov RİH-nin səmərəli fəaliyyətindən xəbər verir



Bu gün Bakının Nərimanov rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri özünün miqyasına və keyfiyyətinə görə paytaxtımızın bir çox digər rayonlarını xeyli qabaqlayır. Təkcə Heydər Əliyev prospektində bir müddət əvvəl aparımış rekonstruksiya işləri adamı valeh etmək üçün kifayətdir.Burada inşa olunmuş və hazırda müasir Bakımızın əsas simvollarından biri olan Heydər Əliyev Mərkəzi isə, ətraf ərazilərin gözəlliyini və cazibədarlığını birə-on qat artırır.

Qısa arayış:

Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Nərimanov rayonunun inzibati ərazisi 24,5 kv.km., əhalisi isə 01.01.2013-cu il tarixə rəsmi qeydiyyatda 170.300 nəfərdir. Rayon ərazisində qəsəbə, kənd və digər inzibati ərazi dairələri mövcud deyildir. Hazırda Nərimanov rayonunda 22 iri sənaye müəssisəsi, 6 Elmi Tədqiqat və Layihə İnstitutu, 10 bank və onların filialları, 9 rabitə müəssisəsi, 4 mehmanxana fəaliyyət göstərir. İşçilərin sayına görə ən iri müəssisə “Baku Steel Company”, ərazisinə görə isə ən iri müəssisə “Bakı Kondisioneri” ASC-dir. Rayon ərazisində 8 ali məktəb, 22 orta məktəb, 3 lisey, 34 uşaq bağçası, 27 səhiyyə müəssisəsi, 9 xəstəxana, 4 tarixi abidə yerləşir. Əhalinin istirahəti və asudə vaxtının səmərəli keçirilməsi məqsədi ilə rayonda 4 istirahət parkı, 1 mədəniyyət sarayı, 1 kinoteatr, 5 kitabxana(kitab fondu – 348183 nüsxə) fəaliyyət göstərir. Bütün bunlardan əlavə Bakı Heyvanat Parkı, Milli Olimpiya Komitəsi, T.Bəhramov adına Respublika Stadionu da Nərimanov rayonunun əraisində fəliyyət göstərir.

Nərimanov rayonu – pilot layihələrin məkanı


Qeyd etmək lazımdır ki, Ölkə Prezidentinin birbaşa təşəbbüsü və himayəsi sayəsində son illər Nərimanov rayonunda bir çox mühüm infrasturktur obyektlərinin inşası vaxtında və uğurla başa çatdırılıb. Çoxsaylı səhiyyə və təhsil müəssisələri, yollar, yol ötürücüləri, piyada keçidləri, parklar, yeni inzibati binalar istifadəyə verilib. Yaşayış binalarının milli memarlıq üslubunda yenidən qurulması və yeraltı piyada keçidlərinin inşa olunması, yol qovşaqlarının və yeraltı yol ötürücülərinin salınması, şəhərin baş planına uyğun olaraq digər infrastruktur layihələrin həyata keçirilməsi işləri bu gün də uğurla davam etdirilir.




Əlbəttə ki, bütün bu layihələrin uğurla həyata keçirilməsi eyni zamanda həm də Nərimanov Rayon İcra Hakimiyyətinin bir icraedici dövlət orqanı olaraq, səmərəli fəaliyyətindən xəbər verir. Qeyd edək ki, 2005-ci ilin dekabr ayından Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsinə Abdin Fərzəliyev təyin edilmişdir.Bu gün də dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin icrası, Nərimanov rayonunda Abdin Fərzəliyevin rəhbərliyi altında yüksək keyfiyyətlə həyata keçirilir.



Oktyabr ayının 13-dəkeçirilmiş və “Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2017-ci ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında təqdim olunmuş hesabat və məruzələrdə də rayonda gedən mütərəqqi proseslər öz aydın əksini tapmışdır.



Məlumdur ki, bu gün paytaxtın bir çox digər rayonlarında olduğu kimi, Nərimanov rayonunda da iqtisadiyyatın əsasını məhz sənaye sahəsi təşkil edir. Bu səbəbdən də sənayedə müşahidə olunan inkişaf rayonun ümumi iqtisadi göstəricilərinin formalaşmasında xüsusi rol oynayır. Göstəricilər isə, etiraf etmək lazımdır ki, kifayət qədər ürəkaçandır. Belə ki, cari ilin doqquz ayının yekunlarına görə,Nərimanov rayonunda sənaye sahəsinin dinamik inkişafı təmin olunmuş, bu müddət ərzində xidmətlər də daxil olmaqla 2 milyard 143,9 milyon manatlıq məhsul istehsal olunaraq, ötən ilin müvafiq dövrünə nisbətən 4,5 faiz artım sürəti əldə edilmiş, istehlakçılara 2 milyard 149,5 milyon manatlıq və ya bütün sənaye məhsulunun 104,6 faizi qədər sənaye məhsulu göndərilmiş, eləcə də hesabat dövrü ərzində çox hissəsi istehsal və tikinti sahəsinin inkişafına sərf edilməklə bu sahəyə 45,2 milyon manatlıq investisiya yatırılmışdır.



Həmçinin xüsusilə qeyd olunmalıdır ki, Nərimanov rayonu hər zaman müxtəlif pilot layihələrin həyata keçirildiyi bir məkan kimi də diqqət mərkəzində olmuşdur. Bu gün də rayonda qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, tikinti ilə bağlı mühüm layihələrə investorların cəlb edilməsi, ilk növbədə əhalinin məşğulluq səviyyəsinin qısa vaxt ərzində artırılması üçün tikinti sektorunun inkişaf etdirilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təkliflərinin nəzərə alınaraq, Nazirlər Kabinetinin rayon ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qərarından irəli gələn vəzifələrin mərhələli həlli istiqamətində işlərin davam etdirilir. Hazırda rayon ərazisində yerləşən 9 ünvanda artıq tikinti işlərinə başlanılıb, 13 ünvanda sakinlərin köçürülməsi prosesi başa çatmaq üzrədir və 5 ünvanda isə, sənədləşdirmə işləri davam etdir.


Əminliklə demək olar ki, Nərimanov rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və digər istiqamətlərdə görülən işlər gələcəkdə də uğurla davam etdiriləcək.

aia.az

Tahir HƏSƏNOV



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024