Mobil versiya
Deputat Aqiyə Naxçıvanlı Oğuz Ağsaqqallları ilə görüşdü
Tarix: 16-10-2017 | Saat: 12:03
Bölmə:Gündəm / Manşet | çapa göndər






14 oktyabr 2017-ci il tarixdə 117 saylı Oğuz Qəbələ seçki dairəsindən olan deputat Aqiyə Naxçıvanlı Oğuz rayonunun ağsaqqalları ilə görüş keçirmişdir. Deputat ilk olaraq tədbir iştirakçılarının diqqətini respublikamızda, eləcə də rayonlarımızda aparılan abadlıq və quruculuq işlərinə, ictimai-siyasi, mədəni həyatımızda baş verən yeniliklərə yönəltmiş, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi, diqqət və qayğısı sayəsində rayonumuzun qısa müddət ərzində sosial-iqtisadi inkişafından danışmışdır. Qazanılan uğurların əldə edilməsində rayon ağsaqqallarının da əməyinin əvəzsiz olduğunu qeyd etmişdir. Ta qədimlərdən bu yana Azərbaycan xalqının həyatında ağsaqqalların, yaşlı insanların rolu, onlara olan hörmət, ehtiram önəmli yer tutmuşdur. Nə qədər inkişaf etsək də, müasirləşsək də sürətlə inkişaf edən dünyada gənc nəslin tərbiyəsi, onların düzgün istiqamətləndirilməsi çox mühüm məsələdir. Cəmiyyətimizə nüfuz edən “Avropa dəyərləri” hec də həmişə özü ilə yaxşı şeylər gətirmir. Bugün bizi narahat edən erkən nikahlar, boşanmaların artması, gənclərin zərərli vərdişlərə meyl etməsi və s. bu kimi məsələlərin həlli tək qanunlarla mümkün deyildir. Bu sahədə əsas yük ağsaqqalların, böyüklərin də boynuna düşür. Çünki Azərbaycanda ağsaqqallıq institutu min illərin sınağından uğurla çıxmış, xalqımız ən çətin anlarında uğurla fəaliyyət göstərmişdir. Elə götürək işsizliyi. İşsizliyin əsas səbəblərindən biri gənclərin əziyyət çəkmədən daha asan yolla pul qazanmaq istəyidir. Bu da onların ailədə zəhmətə alışdırılmamağından irəli gəlir. “Mən sizinlə bu məsələləri müzakirə etməyə, məsləhətləşməyə gəlmişəm” deyən Aqiyə Naxçıvanlı ağsaqqalların fikirlərini dinləməyə hazır olduğunu bildirdi.



Ağsaqqalların nümayəndələri çıxış edərək dövlət tərəfindən Oğuzda aparılan tikinti-abadlıq işlərindən, insanların sosial problemlərinin uğurla həll edilməsindən, rayonun kəndlərinə yeni qaz xəttilərinin çəkilişindən, şəhər mərkəzində, kəndlərdə su və kanalizasiya şəbəkəsinin yaradılmasından, kənd yollarının, şəhərdaxili yolların asfaltlanmasından, yeni elektrik xətləri və dirəklərinin quraşdırılmasından, məktəb və bağça tikintilərindən çox razı qaldıqlarını bildirmişlər.



Görüşdə həmçinin ağsaqqalları narahat edən problemlərdən də söhbət açılmışdır. Onlar son dövrlərdə cəbhədə baş verən düşmən təxribatlarının mütəmadi hal almasını, bəzi xarici təşkilatların Azərbaycana qarşı qərəzli mövqedən cıxış etməsini, dövlətçiliyimizə zərbə vurmaq istəyən bir qrup müxalifət meylli insanların “dövlətə xəyanət” xarakterli hərəkətlərini qeyd edərək belə halların onlarda narahatlıq yaratdığını söyləmiş və qətiyyətlə pisləmişlər. Onlar bir daha xalqımızın şəhid verməsini, ölkədə hərc-mərcliyin hökm sürməyini istəmədiklərini, sülh və əmin-amanlıq şəraitində yaşamaq istədiklərini bildirmişlər.

Ağsaqqallar çıxışlarında rayon üçün görülməsi vacib olan məsələləri də diqqətə çatdırmışlar. Bunlar Oğuzun turizm potensialından istifadə edilməsi, rayonda kənd təsərrüfatının inkişafı üçün suvarma sularının əkin sahələrinə düzgün yönləndirilməsi, istehsal olunan məhsulların realizə edilməsi üçün dövlət dəstəyinin vacibliyi kimi məsələlər olmuşdur.



Görüşə yekun vuran deputat Aqiyə Naxçıvanlı ağsaqqallara dəyərli fikir və təkliflərinə görə minnətdarlıq etmiş, onların arzu və istəklərinin nəzərə alınacağını, görüşlərinin daimi xarakter daşıyacağı bildirilmişdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024