Mobil versiya
Gədəbəylilər icra başçısından mətbuata şikayət etdilər- FOTOLAR
Tarix: 28-10-2015 | Saat: 20:06
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər

Gədəbəylilər icra başçısından mətbuata şikayət etdilər- FOTOLAR





Gədəbəydə sahibkarlar və yerli əhali icra başçısının özbaşınalığından cana doyub. Ötən saylarımızda Gədəbəy rayonunun icra başçısı Ramiz Yedigarovun sahibkarlara divan tutması və onları həbs etdirməsi ilə bağlı xəbər vermişdik. Bu gün də bir qrup Gədəbəy sakini və sahibkar Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirərək, etirazlarını bildiriblər.

Son aylarda dəfələrlə etraz aksiyası keçirən gədəbəylilər icra başçısının rayonda yaratdığı xaosa son qoyulmasını tələb ediblər. Onların problemləri mətbuatda yetərincə işıqlandırılsa da, bütün bu cəhdlər heç bir nəticə verməyib.

Bu gün Gədəbəydən olan sahibkar Oqtay Əliyev musavat.com-a BMM-də keçirilən tədbir haqqında danışıb.

O, bildirib ki, Gədəbəydə baş verən özbaşınalığa son qoyulmayınca bu aksiyaları və tədbirləri davam etdirəcəklər: “Bu dəfə tədbirdə təkcə sahibkarlar yox, yerli əhali də etirazını bildirmək üçün toplaşıblar. Günü-gündən şikayətçilərin, narazı sakinlərin sayı artmaqdadır. Ramiz Yedigarov bu insanları canından bezdirib və onlar da əlacsız qalıb, etirazlarını bildirirlər. Təkcə sahibkarlara deyil, yerli camaata da əziyyət verirlər. Kəndlərdə ev tikmək üçün rüşvət istəyirlər. İcra Hakimiyyətindən lazımı sənədləri olsa da, heç bir əsas gətirmədən tikintiyə icazə verilmir. Gədəbəyin icra başçısı Ramiz Yedigarov ev tikmək üçün konkret "daskı" qoyub: Kəndlərdə 3 min manat, şəhərdə isə 5 min manat... Bu günkü tədbirdə KİV nümayəndələri iştirak etdilər və problemlərimiz barədə məlumat verdik. İnanırıq ki, aidiyyatı qurumlar səsimizi eşidib, bizə yardımçı olacaqlar".







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024