Mobil versiya
Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş tədbir keçirilib
Tarix: 07-10-2017 | Saat: 15:58
Bölmə:Gündəm | çapa göndər

Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş tədbir keçirilib



"20 Yanvar” İB "Yeniyetmə və gənclər arasında vətənpərvərlik təbliğatının aparılması məqsədilə tədbirlərin təşkili” layihəsi çərçivəsində Neftçala rayonunda Milli Qəhrəman Samid İmanovun xatirəsinə həsr olunmuş tədbir həyata keçirib

"20 Yanvar” İB "Yeniyetmə və gənclər arasında vətənpərvərlik təbliğatının aparılması məqsədilə tədbirlərin təşkili” layihəsini həyata keçirir.
Oktyabr ayının 6-sı sözügedən layihə çərçivəsində təşkilat 2016-cı il Aprel döyüşləri zamanı şəhid olmuş, ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülmüş İmanov Samid Gülağa oğlunun xatirəsinə həsr olunmuş və onun qəhrəmanlıq sərlövhəsi ilə bağlı Neftçala rayon 1 nömrəli tam orta məktəbdə yeniyetmə və gənclərlə vətənpərvərlik hisslərinin, vətən sevgisinin aşılanması istiqamətində təbliğat və maarifləndirmə tədbiri həyata keçirilib.
Tədbirdə "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri, Azərbaycanın ilk hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının tanınmış ifaçısı və eyni zamanda da tədbirin aparıcısı Şəmistan Əlizamanlı, Milli Qəhrəmanımız mayor Samid İmanovun ailə üzvləri, "Kür-Xəzər” Xeyriyyə Cəmiyyətinin sədri, eləcə də Azərbaycan Respublikası Ağsaqqallar Şurasının idarə heyətinin üzvü Akif Kərimov,"Qarabağ Qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, həmçinin QAZİLER.AZ saytının baş redaktoru Rey Kərimoğlu, VisionTV-nin əməkdaşı Fərqanə Əliyeva, "Neftçala Qadınlarının Sosial İnkişafına Dəstək” İB-nin sədri Gülqədəm Mirzəzadə, "20 Yanvar” İB-nin sədri Sultan Əzimzadə və sədr müavini Müstafa Əliyev, layihənin icraçısı Şəhla Qarayeva, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbirin gedişatında layihə haqqında məlumat verilmiş, dəvət olunmuş qonaqlar çıxış etmiş, Milli Qəhrəmanımız Samid İmanovun xatirəsinə həsr olunmuş video-rolik izlənilmişdir. Daha sonra isə tədbirin aparıcısı Şəmistan Əlizamanlı ifasında hərbi vətənpərvərlik mahnısı ifa olunmuş, məktəb yeniyetmə və gənclərinin ifasında şeirlər səsləndirilmişdir.

Qeyd edək ki, Yeniyetmə və gənclər arasında vətənpərvərlik təbliğatının aparılması məqsədilə tədbirlərin təşkili layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və "20 Yanvar” İB təşkilatçılığı ilə həyata keçirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024