Mobil versiya
Bakıda yollar bağlanacaq
Tarix: 06-10-2017 | Saat: 12:13
Bölmə:Gündəm | çapa göndər

Bakıda yollar bağlanacaq



Paytaxtın bu ərazilərində gecə saatlarında hərəkət məhdudlaşdırılacaq.

"Azəravtoyol" ASC-dən aia.az-a verilən məlumata görə, bu gecə Niyazi küçəsində və Neftçilər prospektində rənglənmə işləri aparılacaq.
"Azəravtoyol” ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.

Bu gün axşam saat 22:00-dan etibarən Səbail rayonu, Niyazi küçəsində, həmçinin Neftçilər prospektinin Azneft dairəsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində yeni üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılacaq.
Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024