Mobil versiya
Jurnalistsiz informasiya agentliyi yaradılır
Tarix: 26-10-2015 | Saat: 16:16
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər

Jurnalistsiz informasiya agentliyi yaradılır

“Yandex” şirkəti “Media üçün Yandex” adlı informasiya agentliyi açır

“Yandex” Rusiyanın informasiya texnologiyaları şirkəti, eyni adlı axtarış sisteminin sahibidir.

Novator.az xəbər verir ki, “Media üçün Yandex”də materialları jurnalistlər deyil, avtomatik alqoritmlər hazırlayacaq. Agentlik ilkin mərhələdə avtomobil yolları haqda məlumatları, hava proqnozlarını və axtarışına maraq göstərilən başqa mövzuları işıqlandıracaq, getdikcə mövzu dairəsi genişləndiriləcək.

Layihənin rəhbəri Mariya Petrova agentliyə abunənin KİV üçün pulsuz olacağını bildirib.

Məlumata görə, xidmət artıq bir neçə redaksiyaya fərdi şəkildə təqdim edilib.

“Media üçün Yandex” bu ilin noyabrında fəaliyyətə başlayacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024