Mobil versiya
Bu yarmarkada şəhid ailələrinə məktəb ləvazimatları pulsuz verilir
Tarix: 03-09-2017 | Saat: 12:12
Bölmə:Gündəm / Karusel | çapa göndər

Bu yarmarkada şəhid ailələrinə məktəb ləvazimatları pulsuz verilir










Yeni dərs ilinin başlamasına az vaxt qalmış məktəb yarmarkalarına axın da artır.

Aia.Az xezerxeber.az-a istinadən bildirir ki, belə yarmarkalar arasında məktəblilərə pulsuz dərs ləvazimatları verənlər də var.
Əvvəlcə qeyd edək ki, yarmarkada çəkiliş etməyə uzun sürən danışıqlardan sonra nail olduq. Yarmarkada çalışanlar bunu reklam yox, Allah xatirinə etdiklərini deyirlər. Biz isə sadəcə bu insanların xeyirxah əməllərini ictimailəşdirmək istədik. Xüsusi qeyd edək ki, aksiya sırf Aprel şəhidlərinin övladları üçün nəzərdə tutulub.
Bu aksiyanı təşkil edənlər həm də aztəminatlı ailələri nəzərə alıblar. Bunu yarmarkadakı qiymətlərin digər məktəbli yarmarkalarınan isbətən ucuz olmasından görmək olur. Lakin bu aksiya məktəbli geyimlərinə və çantalarına aid deyil. Yalnız dərs ləvazimatları -xüsusilə də qələm, dəftər, karandaş və digər əşyalar pulsuz verilir.
Artıq bir neçə gündür fəaliyyət göstərən yarmarkadan xeyli şəhid ailələri yararlanıb. "Neftçilər" metrostansiyası yaxınlığında yerləşən məktəbli yarmarkası təhsil müəssisələri açılana qədər öz işinə davam edəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024