Mobil versiya
Azərbaycanın ikinci peykini fransız şirkəti orbitə çıxaracaq
Tarix: 25-10-2015 | Saat: 15:48
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər

Azərbaycanın ikinci peykini fransız şirkəti orbitə çıxaracaq
Azərbaycanın ikinci peykinin orbitə çıxarılması fransız şirkəti tərəfindən aparılacaq

Bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

"Bu peyk radar peykləri daxil olan yeni qruplaşmada olacaq. Bu da imkan verəcək ki, Azərbaycan tək telekomunikasiya imkanları yox, həmçinin də Yerin səthinin müşahidəsi imkanlarını da genişləndirsin", Əli Abbasov qeyd edib.

Xatıqladaq kı, Azərbaycanın ikinci peyk proqramının dəyəri 191,36 milyon dollar təşkil edəcək.

Bu vəsait "Azerspace-2/Intelsat 38" ikinci geostasionar peykin tikintisinə və yeni yerüstü peyk avadanlığının aınmasına sərf ediləcək.

"Azerspace-2/Intelsat 38" peykinin orbitə 2017-ci ildə çıxarılması nəzərdə tutulur. Yeni peykin xidmət zonasının Avropa, Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcəyi qeyd olunur.

Azərbaycanın ilk peyki "Azerspace/Africasat-1a" 2013-cü il fevralın 1-də orbitə çıxarılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024