Mobil versiya
"Belə mühüm tədbirlər ölkənizin müsbət imicini beynəlxalq arenada genişləndirəcək"
Tarix: 16-08-2017 | Saat: 08:42
Bölmə:Gündəm / Aia TV | çapa göndər

"Belə mühüm tədbirlər ölkənizin müsbət imicini beynəlxalq arenada genişləndirəcək"







Azərbaycan xalqı qonaqpərvərliyini bir daha sübut edir. Bu gün 41-ci Dünya Skaut Konfransının Bakıda keçirilməsi Azərbaycanın sülhpərvər, dünya xalqlarının mədəniyyətinə hörmətlə yanaşan bir dövlət olduğunu göstərir.

Aia.Az bildirir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Dünya Skaut Konfransında iştirak edən Səudiyyə Ərəbistanından olan Muhəmməd Attiah Əlhamadi deyib.

Qonaq bildirib ki, konfransda dünyanın bir çox ölkələrindən çoxsaylı gənclərin iştirakı Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərinin bu insanlar tərəfindən təbliğinə, tanınmasına təkan verəcək.

"Ölkənizdə birinci dəfə olmağıma baxmayaraq paytaxt Bakı haqqında gözəl təəssüratlarım var. İnanıram ki, belə mühüm tədbirlər ölkənizin müsbət imicini beynəlxalq arenada genişləndirəcək. Çox sevinirəm ki, bugünki sərgidə ziyarətçilərin nəzərinə iştirakçı ölkələrin mədəniyyət və tarixi müxtəliflikləri ilə bağlı məlumatlar çatdırılır. Bu, həm də o deməkdir ki, dünyanın hər yerindən bu mühüm tədbirə qatılan skautlar yer üzündə sülhün bərqərar olması naminə səylərini birləşdirərək, dünya xalqlarını yaxınlığa, doğmalığa, sülhə səsləyəcək",- deyə Səudiyyə Ərəbistanından olan konfrans iştirakçısı vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024