Mobil versiya
Vasif Talıbovun oğlu vəzifəyə təyin olundu
Tarix: 24-10-2015 | Saat: 12:20
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər




Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun böyük oğlu Rza Talıbov Dövlət Miqrasiya Xidmətində idarə rəisi vəzifəsinə təyin olunub

O, təxminən 1 aydır ki, vəzifəsinin icrasına başlayıb.

Bu barədə “AzPolitika”-ya məlumatlı mənbələr xəbər verib.

MR rəhbərinin böyük oğlu və biznes imperiyasının rəsmi sahibi olan Rza Talıbovun dövlət məmurluğuna başlaması maraqlı hadisədir. İndiyədək onun adı daha çox biznesmen kimi hallanıb və biz bilən dövlət işində təcrübəsi yoxdur. Lakin ötən ay cəmiyyət “Gəmiqaya” holdinqin prezidenti olan Talıbovun alim kimliyi ilə də tanış oldu.

Məlum oldu ki, Rza Talıbov həm də Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktorudur.Hətta kitab da yazır. Sentyabrın 23-də BDU-da Rza Talıbovun Azərbaycan və rus dillərində çapdan çıxmış «Asiya ölkələri beynəlxalq münasibətlər sistemində» adlı kitablarının təqdimat mərasimi də keçirilib.

İş adamı-alim Talıbov, belə görünür ki, özünü dövlət işində də sınamaq qərarına gəlib. Onun niyə məhz Miqrasiya Xidmətini seçdiyi maraqlıdır.

Vasif Talıbovun biznesdən dövlət işinə keçən oğlu ilə bağlı nə planları var? Bunu zaman göstərəcək…
Vasif Talıbovun oğlu vəzifəyə təyin olundu





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024