Mobil versiya
Dövlət Qoruğunun 16 hektar ərazisi yanıb - Rəsmi
Tarix: 12-07-2017 | Saat: 16:33
Bölmə:Gündəm | çapa göndər

Dövlət Qoruğunun 16 hektar ərazisi yanıb - Rəsmi



İyulun 11-də Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində baş vermiş yanğın nəticəsində 16 hektar ərazi yanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumatda bildirilir ki, yanğın hqadisəsi həmin gün saat 20 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşlarının səyləri nəticəsində söndürülüb:

"Yanğının baş verdiyi ərazi əsasən dəniz sahili, qamışlıq-bataqlıq olduğundan və küləklə müşayiət olunduğundan onun söndürülməsi bir qədər çətinlik yaratmışdı. Əraziyə cəlb olunmuş FHN-nin Lənkəran və Masallı rayonlarının yanğından mühafizə bölmələrinin texnika və canlı qüvvəsindən, Qızılağac Dövlət Təbiət Qoruğunun və ETSN-nin müvafiq yerli qurumlarının əməkdaşlarının əl əməyindən istifadə edilməklə həyata keçirilən intensiv tədbirlər nəticəsində yanğının söndürülməsinə nail olunub.

İlkin hesablamalara görə, yanğın nəticəsində 16 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib. Yanğının hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə hazırda araşdırma aparılır".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə