Mobil versiya
Bakıda Şəhid bulağını sökən tapıldı: Qardaş hörmətsizliyi
Tarix: 10-07-2017 | Saat: 16:19
Bölmə:Gündəm / Karusel | çapa göndər

Bakıda Şəhid bulağını sökən tapıldı: Qardaş hörmətsizliyi


Yasamalda "Şəhid bulağı"nın kim tərəfindən söküldüyü məlum olub. Bu şəxs Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Allahverdiyev Məhəmməd Şurulla oğlunun doğma qardaşıdır.

AİA.Az xəbər verir ki, Yasamal rayon İcra Hakimiyyətindən oxu.az-a verilən məlumatda bildirilir ki, Yasamal rayon İcra Hakimiyyətinə Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Allahverdiyev Məhəmməd Şurulla oğlunun xatirəsinə Talıblı və Şərifzadə küçələrinin kəsişməsində qoyulmuş bulaq-kompleksin sökülməsi haqqında məlumat daxil olduqdan dərhal sonra Yasamal rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Səməd İslamov ünvanda olub: "Araşdırma zamanı müəyyən olunmuşdur ki, "Şəhid bulağı" sökülməmiş, bulağın yeri yaxınlıqdakı iaşə obyektinin sahibi, şəhidin doğma qardaşı tərəfindən şəhid ailəsinin zənnincə, daha baxımlı yerə dəyişdirilmişdir. Şəhidin qardaşı ilə söhbət aparılmış, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidin xatirəsinə qarşı biganəliyin düzgün addım olmadığı, Allahverdiyev Məhəmmədin yalnız bir ailənin şəhidi olmadığı, onun xatirəsinin Azərbaycan xalqı üçün əziz olduğu və xatirə bulağının əvvəlki yerinə qaytarılmasının vacibliyi şəhidin qardaşının diqqətinə çatdırılmışdır.

Onu da qeyd etmək istərdik ki, verilən tapşırıq əsasında gün ərzində şəhidin xatirəsinə qoyulmuş bulaq-kompleks ətrafında abadlıq və bərpa işləri aparılaraq "Şəhid bulağı" əvvəlki yerinə bərpa olunacaqdır. Hadisəni törədənin şəhidin doğma qardaşı olduğu nəzərə alındığından onun barəsində daha ciddi tədbirlər görülməsi məqsədəuyğun sayılmamışdır".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024