Mobil versiya
Masazırda yeni yol hissəsi yaradılıb
Tarix: 07-07-2017 | Saat: 18:56
Bölmə:Gündəm | çapa göndər

Masazırda yeni yol hissəsi yaradılıb


Masazır dairəsində xüsusən günün pik saatlarında yaranan tıxacı aradan qaldırmaq məqsədi ilə magistral yolun sözügedən hissəsində əsas yoldan köməkçi yola avtonəqliyyat vasitələrinin hərəkətini təmin etmək məqsədi ilə yeni keçid hissə yaradılıb.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, avtonəqliyyat vasitələrinin əsas yoldan köməkçi yola təhlükəsiz keçidini təmin etmək məqsədi ilə köməkçi yolun 170 metrlik hissəsi 1 hərəkət zolağı enində genişləndirilib. Genişləndirilmiş hissəyə yeni asfalt-beton örtüyü döşənib. Təhlükəsizlik məqsədi ilə köməkçi yola 20 ədəd siqnal dirəkləri və 10 ədəd yol nişanları quraşdırılıb, yolun üfuqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Bundan başqa əsas yoldan Masazır qəsəbəsinin girişinə doğru düşən hissədə də yolun hərəkət hissəsinin genişləndirilməsi işləri aparılıb.

Qurum tərəfindən aparılmış işlər imkan verir ki, avtonəqliyyat vasitələri Masazır dairəsinə daxil olmadan əsas yoldan köməkçi yola rahat, təhlükəsiz və maneəsiz şəkildə hərəkət etsinlər. Bu isə öz növbəsində Masazır qəsəbəsinə giriş hissədə və mövcud dairədə hərəkət intensivliyini azaltmaqla müəyyən qədər yaranan sıxlığın qarşısını almış olacaq.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024