Mobil versiya
Azərbaycan yazıçıları beynəlxalq ictimaiyyətə MÜRACİƏT ETDİ
Tarix: 06-07-2017 | Saat: 16:43
Bölmə:Gündəm | çapa göndər

Azərbaycan yazıçıları beynəlxalq ictimaiyyətə MÜRACİƏT ETDİ




İyunun 4-də Füzuli rayonunun Alxanlı kəndində Ermənistanın vandalizm aktına qurban gedən 2 yaşlı Quliyeva Zəhra Elnur qızı və onun nənəsi - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızınının ölümü bütün Azərbaycan cəmiyyətini ayağa qaldırıb.
Azərbaycan Yazıçılar Birliyi d’ faciə ilə əlaqəli bəyanat hazırlayıb.

Modern.az birliyin mətbuat xidmətinin rəhbəri Xəyal Rzaya istinadən həmin bəyanatı təqdim edir:

“Azərbaycan xalqına və dövlətinə qarşı uzun zamandan bəri təcavüzkar mövqe nümayiş etdirən işğalçı Ermənistan və erməni quldurları bugünlərdə öz murdar əməllərinin növbəti qanlı səhifəsini yazdılar. Son dərəcə azğınlaşan işğalçılar iyulun 4-də axşam saatlarında Füzuli rayonunun Alxanlı kəndini ağır silahlardan atəşə tutaraq dağıntılara və mülki əhali arasında insan tələfatına səbəb oldular. Onların bu qəddarlığı nəticəsində kənd sakinlərindən 50 yaşlı Quliyeva Sahibə İdris qızı və onun nəvəsi - 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak oldular, Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralandı.

Günahsız dinc adamların, xüsusən 2 yaşlı məsum körpənin vəhşicəsinə qətli dəhşətli cinayət, həm müharibə qayda-qanunlarına, həm də bütün bəşəri prinsiplərə zidd hərəkətdir. Bu hadisə təcavüzkar Ermənistanın, erməni terrorizminin heç bir sərhəd və norma tanımadığına, insanlığa qarşı hər cür inanılmaz zalımlığı törədə biləcəyinə daha bir sübutdur. Həmçinin, bu qanlı akt onu da göstərdi ki, Azərbaycan Ordusu qarşısında acizliyini anlayan işğalçı düşmən öz çirkin məqsədinə nail olmaq üçün təkrar-təkrar mülki əhalini hədəfə alır, yaşayış məntəqələrini amansızcasına atəşə tutmaqda tərəddüd etmir.
Azərbaycan Yazıçılar Birliyi işğalçı Ermənistanın və erməni hərbi canilərinin bu növbəti barbarlığını hiddətlə pisləyərək, düşmənə qarşı mübarizədə dövlətimizin rəhbərliyini və ordumuzu tam mənada dəstəklədiyini bəyan edir!

Eyni zamanda, Azərbaycan Yazıçılar Birliyi dünya dövlətlərini, beynəlxalq ictimaiyyəti bu qanlı hadisəyə dərhal ciddi münasibət bildirməyə, təcavüzkarın cilovlanması naminə təsirli addımlar atmağa çağırır!

Biz, işğala və hərbi təcavüzə məruz qalan Azərbaycanın yazıçı və şairləri olaraq, bütün dünyadakı qələm yoldaşlarımızı ölkəmizin ədalətli mövqeyini dəstəkləməyə, erməni təcavüzünə qarşı qəti etiraz nidalarını ucaltmağa səsləyirik!”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024