Mobil versiya
Zəhranın atası işlə təmin olundu
Tarix: 06-07-2017 | Saat: 11:39
Bölmə:Gündəm / Karusel | çapa göndər

Zəhranın atası işlə təmin olundu


"İyulun 4-də erməni təxribatı nəticəsində həlak olan Alxanlı kənd sakini Zəhra Quliyevanın atası Elnur Quliyev işlə təmin olunub”.

AİA.az xəbər verir ki, bunu AzVision.az-a Füzüli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib. İcra başçısının sözlərinə görə, E.Quliyev kommunal sahədə çalışacaq.

"Biz bütün yas xərclərini, o cümlədən məzar daşının qoyulmasını öz üzərimizə götürmüşük. Ailəyə kömək məqsədilə Zəhranın atasının işlə təmin olunmasını təmin etdik. Nə lazımdırsa, ailəyə kömək edəcəyik”.

Alxanlı kəndində hər şeyin öz axarı ilə getdiyini deyən icra başçısı bildirib ki, belə hadisələr insanları qorxutmur: "18 aylıq körpənin öldürülməsi çox ağırdır. Bunun mənəvi dəyəri ölçüzməzdir. Buna baxmayaraq, kənddə hər şey öz axarı ilə gedir. İnsanlar əkin-biçin işləri ilə məşğuldurlar. Belə şeylər bizi və camaatı qorxutmur”.

Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024