Mobil versiya
2 yaşlı Zəhranın qatilləri manyaklaşıb: düşmən daha da həyasızlaşıb
Tarix: 05-07-2017 | Saat: 16:17
Bölmə:Gündəm | çapa göndər

2 yaşlı Zəhranın qatilləri manyaklaşıb: düşmən daha da həyasızlaşıb



"Uşaqlardan düşmən olmaz. Xüsusilə də 2 yaşlı uşaqdan. Lakin 2 yaşlı Zəhranın ölümündə biz günahkar deyilik".

Dağlıq Qarabağdakı terrorçu rejimin "Müdafiə Nazirliyinin mətbuat katibi" Senor Asratyan Facebook-dakı səhifəsində belə yazıb.

"2 yaşlı uşaqdan düşmən ola bilməz. Amma başqalarının günahına görə uşaqlar həlak ola bilərlər" cümlələri ilə vəhşiliyə, terrora haqq qazandırmağa çalışan S.Asratyanın yazdığına görə, o, 2 yaşlı Zəhranın ölümünə təəsüflənir, amma...

"Təəssüflənirik. Bunu mənim şəxsi fikrim, mövqeyim kimi qəbul edin. Lakin biz qarşı tərəfi vurmuşuq və yaxşı da etmişik", - S.Asratyan yazıb.



Beləcə Dağlıq Qarabağdakı erməni silahlı birləşmələrinin və Ermənistan Ordusunun hərbi hissələrinin cinayətlərinə aşkar şəkildə haqq qazandıran S.Asratyan tipik erməni xislətinə uyğun olaraq qarşı tərəfi suçlayır.

Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Sahibə İdris qızı Quliyeva və onun nəvəsi, 18 aylıq Zəhra Elnur qızı Quliyeva həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Azərbaycan ərazisinin 20 faizini işğal etmiş Ermənistan cəbhə xəttində sürəkli olaraq təxribatlar törədir, yeni müharibəyə başlamaq istəyini və belə savaşa hazır olduğunu bəyan etməklə aqressiv mövqelərini daha da sərtləşdirməyə meylli olduğunu göstərir.

De-yure olaraq Dağlıq Qarabağ münaqişəsini çözməkdə baş rol oynayası ATƏT-in Minsk Qrupu isə kəkələmələrə bənzəyən bəyanatlar verməklə, üstəlik işğalçının aqressiyasını etiraf etmək əvəzinə Azərbaycana "sərt cavab verməyin" təki idiotik xəbərdarlıq etməklə işini bitmiş sayır.

Lokal, hələlik genişmiqyaslı hərbi əməliyyatlara çevrilməmiş savaşsa davam edir.

Ermənilərin təxribatlarının, terrorizminin və dinc əhaliyə qarşı cinayətlərinin intensivliyinin azalması ehtimalı çox azdır. Minsk Qrupunun həmsədrlərinin, Rusiyanın, ABŞ-ın və Fransanın, habelə beynəlxalq təşkilatların fəaliyyəti isə ön cəbhədəki gərginliyə, yumşaq desək, adekvat deyil. Tam əksinə, Minsk qrupunda ciddi problemlər müşahidə olunur və yaşananlar ATƏT-in özündəki institusional böhranın fəsadları da sayıla bilər.



ABŞ-da Donald Trampın, Fransada isə Emmanuel Makronun prezident seçilməsindən bəri Vaşinqtonla Parisin Cənubi Qafqazda yeni regional siyasəti, geosiyasi taktikasının fərqli konturları müəyyənləşməyib. Belədə Minsk Qrupunda həmsədr olan Birləşmiş Ştatlarla Parisin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində nə kimi fəallıq göstərəcəyi böyük, ciddi sual altındadır.

Rusiyaya gəldikdə isə... Aşkar şəkildə Ermənistanı "forpost" sayan, İrəvanın daxili və xarici siyasətini tam kontrolda saxlayan Rusiyanın bölgədəki fəaliyyəti ilə siyasətinisə vasitəçilik adlandırmaq yetərincə çətindir.

Rusiya Ermənistana silah və hərbi texnika verməyə davam edərək İrəvandakı Serj Sarkisyan rejiminə faktiki olaraq hərəkət azadlığını, kart-blannşı bağışlayıb.

Yaşananlar Ermənistanın müharibəyə hazırlaşdığını göstərir. Məsələ sadəcə, Ermənistan-Azərbaycan sərhədində və münaqişə zonasında cəbhə xəttindəki gərginliyin artmasında deyil. Əsas məqam Ermənistanın yalan, iftira və böhtana, gerçəklərin dezavuasiya cəhdlərinə əsaslanmış təbliğat kampaniyasında yeni çalarların peyda olmasıdır.

Belə təbliğatı Minsk Qrupunun həmsədrləri "görmür və eşitmir".

Sonuc isə göz qabağındadır: beynəlxalq təşkilatların münaqişə ilə bağlı yürütdükləri bədnam "tarazlaşmış, paritet" siyasətləri iflasa uğradığı bir dönəmdə Ermənistan aqressivliyini artırıb.

Bu ölkə özünü qəddarlığın pik nöqtəsinə yüksəltmiş manyak həddinə çatdırıb.

Silahlı manyakla danışıqlar aparmaq, ondan soyuqqanlı və məntiqli davranış gözləmək əbəsdir.

Buna 18 aylıq zəhranın həlak olması faktına ermənilərin sosial şəbəkələrdəki reaksiyası da dəlalət edir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024