Mobil versiya
Müdafiə Nazirliyi: Düşmən bu il atəşkəs rejimi 18 min dəfə pozub
Tarix: 05-07-2017 | Saat: 15:45
Bölmə:Gündəm | çapa göndər

Müdafiə Nazirliyi: Düşmən bu il atəşkəs rejimi 18 min dəfə pozub


Müdafiə Nazirliyi erməni tərəfinin Azərbaycanın ABŞ istehsallı silahdan istifadə etməsi ilə bağlı yaydığı məlumatlara münasibət bildirib.

AzVision.az-ın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyində keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib ki, ermənilərin yaydığı məlumat həqiqətə uyğun deyil.

“Ermənistan silahlı qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini, eləcə də Azərbaycanın yaşayış məntəqələrini davamlı şəkildə atəşə tutur. Ermənilərin açdığı atəş nəticəsində dünən gecə 2 nəfər həyatını itirib, yaralılar xəstəxanaya çatdırılıb, onların həyatı təhlükəsi yoxdur. Bundan sonra ermənilər Azərbaycan ordusunun dinc əhalidən canlı qalxan kimi istifadə etməsi və guya bizim orada atəş nöqtəmiz olması ilə bağlı dezinformasiya yaymağa çalışırlar. Bu ittihamları, eləcə də Azərbaycan ordusunun ABŞ istehsalı olan silahlardan istifadə etməsiylə bağlı iddiaları rədd edirik”.

Nazirlik rəsmisi bildirib ki, yanvar ayından bəri ermənilər atəşkəs rejimini təxminən 18 000 dəfə pozublar: “Əsasən minaatanlardan və müxtəlif kalibrli digər iriçaplı silahlardan istifadə olunub”.

V. Dərgahlı vurğulayıb ki, düşmən tərəfi itkilərini gizlədir: “Yaxın vaxtlarda məcbur olub, məlumat verəcəklər. Düşmən hər vəchlə yalan məlumatlardan istifadə etməklə təxribat törədir. Dünən baş verən hadisə bir daha göstərir ki, ötən ilin aprelində Azərbaycan tərəfindən əməliyyatlar cavab addımı olaraq həyata keçirilmişdi. Bu cür əməllərin qarşısı qətiyyətlə alınacaq. Bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə