Mobil versiya
“Leyla Əliyeva Azərbaycan gənclərinə əsl nümunədir” - TƏBRİK
Tarix: 03-07-2017 | Saat: 17:49
Bölmə:Gündəm | çapa göndər

“Leyla Əliyeva Azərbaycan gənclərinə əsl nümunədir” - TƏBRİK



Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ad günüdür. L.Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti olmaqla yanaşı, həmçinin Moskvada rus dilində nəşr olunan "Baku" jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisidir. O, eyni zamanda, “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı və lideri, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəridir.

Bir sıra tanınmış şəxslər Leyla Əliyevanı Modern.az vasitəsilə təbrik ediblər:


Deputat Məlahət İbrahimqızı:
“Leyla Əliyeva Azərbaycan gəncləri arasında ən aktiv, öndə gedən parlaq bir şəxsdir. Yaşının az olmasına baxmayaraq, Azərbaycanın taleyüklü problemlərinin işıqlandırılmasında böyük rolu olub. O, Xocalı soyqırımı kimi Azərbaycan həqiqətini, xalqımızın acısını beynəlxalq aləmdə tanıdır. Onun rəhbərlik etdiyi gənclər təşkilatı Rusiyada çox böyük işlər görür. Leyla Əliyevanın Birləşmiş Millətlər Təşkilatında qeydiyyatdan keçmiş beynəlxalq statlı təşkilatı ekoloji problemlərin, ətraf mühitin qorunması ilə bağlı kifayət qədər işlər görür.
Ümumiyyətlə, onun sosial, humanitar layihələri təkcə Azərbaycanda yox, dünya ölkələrində də şöhrət qazanır. Bu, Azərbaycan gəncinin xalqımıza verdiyi töfhələri, ölkəmizin adına yazılan nailiyyətləridir. Leyla Əliyevaya can sağlığı, xoşbəxtlik arzulayıram”.

Xalq şairi Nəriman Həsənzadə:
“Leyla Əliyeva çox böyük ictimai fəaliyyətlə məşğuldur. Azərbaycanın şərəfini hər yerdə qoruyur. Eyni zamanda, Leyla Əliyeva gözəl şairdir. Mən onun bütün şeirlərini oxumuşam. Çox yüksək mənəviyyata sahib xanımdır. Mən onunla fəxr edirəm.
Ümumilli liderimiz Heydər Əliyev də Leylanı çox istəyirdi. Çünki o nənəsinə oxşayırdı. Doğurdan da, Leyla Əliyeva zahirən, həm də daxilən Zərifə Əliyevaya oxşayır. Azərbaycanda ona qarşı ümumxalq məhəbbəti var. Mən də onlardan biri kimi Leyla Əliyevanı, onun ailəsini yaxından tanıdığım üçün fəxr edirəm. Rəhmətlik Heydər Əliyevlə, həmçinin Mir Cəlal Paşayevlə yaxın əlaqələrim olub. Yəni Leylanın hər iki babası mənim doğmalarımdır.
Leyla Əliyeva Azərbaycanımızı müxtəlif ölkələrdə gözəl təmsil edir. Anasının başlatdığı böyük ictimai-mədəni hərəkatı şərəflə davam elətdirir. Düşünürəm ki, Leyla Əliyeva bizim sevincimizdir”.

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev:
“Leyla xanım Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin rəhbəri, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri kimi Azərbaycanın ictimai-siyasi, mədəni həyatında aktiv rol oynayır. Biz onu vətənpərvər, humanist, gənclərə nümunə olacaq biri kimi tanıyırıq. O, aktiv şəkildə ölkə gənclərinin vətənpərvərlik ruhunda səfərbər edilməsi üçün çalışır. Leyla əliyevanın rəhbərliyi altında həyata keçirilən “Xocalıya ədalət” kampaniyası artıq neçə illərdir Xocalı dəhşətlərini dünya ictimaiyyətinin diqqətin çatdırır. Leyla xanım ətraf mühitin mühafizəsi, yaşıllıqların qorunması işində də aktiv şəkildə iştirak edərək, ölkə ictimaiyyətini bu ruhda kökləyir.
Biz zaman-zaman Leyla xanımın müxtəlif xeyriyyəçilik kampaniyalarının da önündə olduğunu görürük. Biz onu tez-tez uşaq evlərində, qocalar evlərində, qayğıya ehtiyacı olan uşaqların yanında görürük. Son zamanlar biz onu həm də şairə kimi tanımaqdayıq. O, yalnız yazmaqla kifayətlənmir, həm də gənclərin söz işığına yığışmasına vasitəçi olur.
Mən də öz adımdan hörmətli Leyla xanımı təbrik edir, ona çoxşaxəli fəaliyyətində uğurlar arzulayıram!”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024